6:35 am - Sunday February 18, 2018

“Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin gənclər arasında təbliği” adlı layihəyə yekun vurulub

????????????????????????????????????

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin

“Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında gənclərlə görüşlər keçirildi. Görüşlərdə yerli rayon İcra Hakimiyyətləri Aparatlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbələrinin rəisləri, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak edib.

Görüşlər ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başlayıb.

Layihə haqqında məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü,  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli layihə çərçivəsində keçirilən görüşlərin əsas məqsədinin Qarabağ döyüşlərində xüsusilə aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın anım mərasimlərini keçirmək, onların gənclər arasında daha yaxından tanıdılmasına töhfələr verməkdən ibarət olduğunu bildirib.

Digər çıxış edənlər Azərbaycanımızın bu döyüşlərdə nəinki öz gücünü göstərdiyini, həm də işğal vəziyyətlə heç vaxt barışmayacağını, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu ordu islahatlarının nəticələrini aprel döyüşlərində aydın şəkildə görüldüyünüvurğulayıb.

Tədbirlər ümumilikdə 400 nəfəri əhat edib. Layihə çərçivəsində hazırlanmış bukletlər sonda görüş iştirakçılarına paylanılıb. .

 3

????????????????????????????????????

????????????????????????????????????

IMG-20171201-WA0032

 

 

 

 

 

 

TOHGMİB

İnformasiya Mərkəzi

11 dəfə oxunub
Filed in: QHT

Comments are closed.