3:41 pm - Tuesday January 23, 2018

Azərbaycan millisi səfərdə İsraillə bərabərə qaldı

Milli komandaFutbol üzrə Azərbaycan milli komandası dünən DÇ-2014 seçmə mərhələsi çərçivəsində növbəti rəqibi olan İsrail yığması ilə qarşılaşıb. Oyun bərabər səviyyədə keçib. İkinci hissədə fəallaşan komandamız Rahid Əmirquliyevin uzaqdan vurduğu qolla hesabı açsa da,  son anda qələbəni əldən verib. Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Futbolçularımız bir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratsalar da, bundan istifadə edə bilməyiblər. Hazırda Milli komandamız çıxış etdiyi F qrupunda 5 xalla beşinci yerdə qərarlaşır.

135 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply