5:28 pm - Monday December 11, 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam olaq” adlı layihə uğurla həyata keçirilmişdir

_MG_8279Quliyeva Nuranə Fərhad qızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam olaq” adlı layihəsini həyata keçirmişdir.

Layihənin icra planına uyğun olaraq 5 təlim uğurla həyata keçirilmişdir. Belə ki, ilk olaraq Yasamal rayonunun  173 saylı tam orta məktəbində, daha sonra isə Yasamal rayonunun  31 saylı tam orta məktəbində təlimlər baş tutub. Növbəti təlimlər Yasamal rayonunun 225 nömrəli,53 və 42 nömrəli tam orta məktəblərində həyata keçirilib. Tədbirlər  9,10,11-ci sinif şagirdləri arasında, yəni 14-17 yaş arası 150 nəfər gənclə keçirilmişdir. Layihənin əsas məqsədi şagirdlərdə praktiki bilikləri artırmaq,onları hepatitlər haqqında məlumatlandırmaq,qanlarında bu virusları,qan qruplarını yoxlamaq,onlara mikroskopda qanın formalı elementlərini göstərmək idi. qarşımıza qoyduğumuz məqsədə nail olduq. Layihənin uğurla icra olunmasında təlim keçirdiyimiz məktəbin müəllimlərinə və direktorlarına təşəkkür edirik.

IMG_7429 _MG_7269

191 dəfə oxunub
Filed in: Cəmiyyət, Xəbərlər

No comments yet.

Leave a Reply