3:29 pm - Tuesday January 23, 2018

Azərbaycan vətəndaşı Əfqanıstanda öldürülüb

mucahedAzərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub. APA-nın məlumatına görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Bakı şəhər sakini, 31 yaşlı Tərlan Məmmədov koalisiya qüvvələri tərəfindən öldürülüb. T. Məmmədovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib.

İnterpolun saytındakı məlumatda bildirilir ki, T. Məmmədov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, artıq İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar – Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Bakı şəhər sakini, 46 yaşlı Akif Osmanov, Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayılıb.

Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.

126 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply