3:34 pm - Tuesday January 23, 2018

Azərbaycan yeni zirehli döyüş maşını istehsalına başlayır

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi Tədqiqat İnstitutu tərəfindən üzərində iş aparılan döyüş maşını 100 faiz yerli istehsal olacaq. Azərbaycan mühəndisləri tərəfindən yeni, təkərli döyüş maşını hazırlanır. Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi Tədqiqat İnstitutu tərəfindən üzərində iş aparılan döyüş maşını 100 faiz yerli istehsal olacaq. Bu barədə APA agentliyi məlumat yayıb. İlk mərhələdə nəqliyyat vasitəsinin iki – kəşfiyyat və döyüş təyinatlı modelləri hazırlanacaq. Sonrakı mərhələdə təkliflərə uyğun olaraq digər təyinatlı maşınların hazırlanması nəzərdə tutulur. Yerli mühəndislərin üzərində iş apardığı bu maşınlar Cənubi Qafqazın digər ölkələrində istehsal edilən «Didgori» (Gürcüstan) və «Ayk» (Ermənistan) kimi maşınlardan manevr imkanları, ballistik müdafiəsi, davamlılığı, eləcə də digər xüsusiyyətlərinə görə üstünlüklərə malik olacaq. Qeyd edək ki, hazırda Azərbaycan MSN CAR-ın “Paramount Group” şirkəti ilə birgə iki fərqli tipdə – «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.

85 dəfə oxunub
Filed in: Elm, İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply