5:25 pm - Monday December 11, 2017

Azərbaycanda bank kreditləri sahəsində yaranan vəziyyət ciddi narahatlıq yaradır

merkezi-BankAzərbaycanda bankların verdiyi kreditlərin faiz dərəcələrinin yüksək olması ciddi problemlər və narazılıq yaradır. Mərkəzi Bankın rəhbərliyi faiz dərəcələrinin aşağı salınmasının vacibliyini söyləyib. Ümumiyyətlə, kredit faizlərinin aşağı salınması nə dərəcədə realdır və bunun üçün hansı tədbirlər görülməlidir?

 Bu gün Azərbaycanda bank kreditləri sahəsində yaranan vəziyyət ciddi narahatlıq yaradır. Əhalinin xeyli hissəsinin banklara borculu olması getdikcə daha ciddi problem xarakteri alır. Əhalinin banklara borclu hissinin maşınları, zinət əşyaları, evləri və digər daşınmaz əmlakları əllərindən çıxır. Mərkəzi Bankın rəhbərliyi tez-tez bank faiz dərəcələrinin aşağı salınmasının zəruriliyinindən danışsa da, reallıqdan uzaq statistika ilə yaranmış vəziyyətə haqq qazandırır və konkret iş görmürlər. Faiz dərəcləri soyğunçu səviyyədə qalmaqda davam edir.

Bank sektorunun sağlamlaşdırılması istiqamətində əlavə tədbirlər görülməklə, ölçüb-biçməkə lazım gəlsə, bəlkə də Problemli Kreditlər Fondu yaratmaqla, həm biznes, həm də digər kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində əlavə tədbirlər reallaşdırılmalı, bu iş sürətləndirilməlidir.

Bildirək ki, kreditlərin faiz dərəcələrinin yüksək olması məsələsi Milli Məclisdə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı da qaldırılıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, faiz dərəcələri aşağı salınmalıdır. Əhalinin kreditlərə tələbatı var. Ancaq ölkədə həddindən artıq borclanma yaranır.

Ekspertlər kredit faizlərinin yüksək olmasını həm bankdaxili, həm də bankxarici amillərlə bağlayırlar. Mərkəzi Bank kredit faizlərinin aşağı düşməsini banklardan tələb etmək üçün, ilk növbədə, onlara verdiyi mərkəzləşdirilmiş kreditlərin həcmini artırmalıdır. Ən əsası bu vəsaitdən bütün banklar yararlanmalıdır. Qeydiyyat dərəcəsi isə hətta iki faizə qədər endirilə bilər. Xaricdən ucuz maliyyə resursunun cəlb edilməsi də önəmlidir.

İqtisadçı Samir Əliyev mətbuata açıqlamsında bildirmişdir ki, bankların kredit faizləri çox yüksəkdir. Ümumi kredit qoyuluşunda istehlak kreditləri çoxluq təşkil edir. Bu gün 41 faiz təşkil edir. Banklar biznes sektorunu maliyyələşdirtmək istəmirlər. Biznes kreditlərinin faiz dərəcələrinin aşağı salınması vacibdir. Mərkəzi Bank uçot dərəcələrinin azaltmalıdır. Banklar bu gün xaricdən resurs cəlb edə bilmir. Həmçinin bankların xarici bazara çıxış imkanları artmalıdır. Xarici banklar ölkəyə buraxılmalıdır, Azərbaycanın bazarına böyük bankların daxil olmasına icazə verilməlidir. Bu gün Azərbaycanın bank sektorunda rəqabət mühiti yoxdur. Həmçinin dövlət depozitlərinin ölkə banklarında yatırılması önəmlidir. Depozitlərin müəyyən hissəsini yerli banklara yönəltmək olar.

Ekspert Vüqar Bayramov Mərkəzi Bankın mövcud siyasətinin Azərbaycanda kredit faizlərinin aşağı salınmasına xidmət etmədiyini, 9 faizlə pulu alan kommersiya bankı həmin pulu bəzi hallarda 3-4 dəfə baha faizlə verdiyini söyləyib.

O, çıxış yolu kimi, bank sektorunun liberallaşmasını təklif edib: “Bank sektoruna digər xarici bankların daxil olmasına şərait yaradılmalıdır, süni baryerlər aradan qaldırılmalıdır və bank sektorunun rəqabətdə olmasına və kredit faizlərinin aşağı salınmasına nail olunmalıdır. Həmçinin Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarına çıxış imkanları genişlənməlidir. Kommersiya banklarına imkan verilməlidir ki, onlar Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarından istifadə etsinlər.”

 

İqtisadçı alim Oqtay Haqverdiyev bidirib ki, nəzəri baxımdan ölkədə infilyasiyanın səviyyəsi nə qədərdirsə, kredit resurslarının faizi ondan 1 faiz çox olmalıdır. İndi Azərbaycanda inflyasiya 2 faizə yaxındır. Kommersiya bankları onlara verilən kreditləri hüquqi və fiziki şəxslərə qat-qat yüksək faizlə verir, hətta, bu, 25-30 faizə çatır. Azərbaycanda kredit faizi 12-14 faizdən çox olmamalıdır.

Məsələn, Almaniyada, eləcə də digər normal ölkələrdə kredit infilyasiya səviyyəsindən 1-1,5 faz çox verilir. ABŞ-da kredit faizi indi 0,25 faizdir. Amma infilyasiya 1,5 faizdir. Yəni, kredit infilyasiyadan aşağı faizlə verilir. Əhaliyə kömək edirlər, iqtisadiyyatı daha aktiv, sürətli etmək üçün stimul verirlər.

MDB məkanında Rusiyada, Ukraynada vəziyyət çox ağırdır. Gürcüstanda müəyyən qədər nizam-intizam var. Orta Asiya ölkələrində vəziyyət o qədər də yaxşı deyil. Ermənistanda isə, demək olar, kredit vermək üçün resurs yoxdur.

Xatırladaq ki, Beynəlxalq Bankda faiz dərəcəsi 7-8, kommersiya banklarında 15 faizə qədər artır. İndi problemli kreditlərin həcmi 5-6 faizə çatıb. Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 40-ı özəldir, 4-ü isə xarici banklarala birgə çalışır. Mərkəzi Bank ancaq özəl banklara kredit verir və indi onun dərəcəsi 3-4 faiz təşkil edir.

Araz Nurməmmədov

 

253 dəfə oxunub
Filed in: İqtisadiyyat, Təhlil, Xəbərlər

No comments yet.

Leave a Reply