5:28 pm - Monday December 11, 2017

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimov dünyasını dəyişib

Vüqar HəşimovBu gün gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə Şahmat Federasiyasından məlumat verilib. Həşimovun başında bədxassəli şiş var idi.Qeyd edək ki, V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliya” şahmat turnirinin qalibi olmuşdu.

Allah rəhmət eləsin!

Ürfan Kərimli

262 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply