5:22 pm - Monday December 11, 2017

“Azad Müəllimlər” İctimai Birliyinin növbəti təlimləri keçrilmişdir

1507646965Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad Müəllimlər” İctimai Birliyinin həyata keçirdiyi

“Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində 30.09. 2017-ci il tarixində növbəti təlimlər keçrilmişdir.

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə keçirilən təlimdə 33 nəfər iştirak etmişdir. Onlardan 16 nəfəri müəllim, 17 nəfəri isə valideynlər olmuşdur. Bakı şəhəri Binəqədi rayonunu Binəqədi qəsəbəsində yerləşən 284 saylı məktəbdə keçirilən təlimdə isə 26 nəfər iştirak etmişdir. Onlardan 2 nəfər müəllim, 24 nəfəri isə valideyn olmuşdur. İnteraktiv metodla aparılan təlim valideynlərin böyük marağına səbəb olmuşdur. İştirakçılarda ən çox maraq doğuran “Uşaqların ailədə davranışının korreksiyası, “Könüllülük və Xeyriyyəçilik ” mövzularının müzakirəsi oldu.

Təlimləri “Azad Müəllimlər” İctimai Birliyinin üzvləri, “Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsinin təlimçiləri Pərvanə Talıbova və Sədaqət Məmmədova aparmışdı.

35 dəfə oxunub
Filed in: QHT

Comments are closed.