3:16 pm - Saturday January 21, 9330

Bakıda gənclər aksiya keçirdilər

BBiRTpTCAAM0rc5Növbəti Facebook aksiyası baş tutmuş sayılır. Bakı gənclərinin Facebook sosial şəbəkəsi vasitəsi ilə təşkilatlanaraq, İsmayıllıya dəstək eyləmi keçirmək təşəbbüsü ölkə gündəminin bir saylı hadisəsinə çevrilib. Ölkənin bütün KİV-ləri bu hadısədən yazdı. 26 yanvarın ən tirajlı xəbəri məhz bu aksiyadan yayılan xəbər, video və foto-görüntülərdir.Bu aksiyadan sonra belə bir qənaət də formalaşır –  artıq Azərbaycan cəmiyyəti siyasi müxalifətin təşəbbüsləri olmadan da, mövcud hakimiyyətə münasibətdə hərəkət edə bilir. İsmayılı üsyanı da belə bir qənaət üçün ciddi material sayıla bilər. Doğrudur, Bakı aksiyasına müxalifət gücləri dəstək vermişdilər –  bunu həbs olunanların siyahısından da görmək mümkündür. Lakin önəmli olan belə bir təşəbbüsün Facebook üzərindən gəlməsi, onun da dərhal cəmiyyətin çeşidli qüvvələri  tərəfindən dəstəklənməsidir. 2013-cü ilin ilk ayında artıq bu, ikinci sosial şəbəkə hadisəsidir. Azərbaycan vətəndaşları demək olar ki, virtual məkandakı fəallıqlarını siyasi səhnələrə endirə bilirlər. 

Belə bir aksiyanın, gənclərin bundan əvvəlki (13 yanvar) aksiyasından sonra, onların yüksək miqdarda cərimələnməsinə rəğmən baş verməsi; daha sonra isə İsmayıllıda ayağa qalxan xalqın zor gücü ilə rastlaşmasına baxmayaraq alınması xüsusi qeyd olunmalıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan cəmiyyətinin müqavimətlilik əmsalı artıb. Artıq onu idarə etmək də, aldatmaq da, onun səslərini saxtalaşdırmaq da çətin olacaq.

26 yanvarın möhtəşəm aksiyasına bu şərhi yazaraq, onun xronikasını bir daha təqdim edirik.
****

14.50. Siyasi fəal gənclərin aksiyası başlamaq üzrədir. Hadisə yerində olan əməkdaşlarımızım verdiyi xəbərə görə, aksiyanın dəqiq yeri məlum deyil. Təşilatçılar bir neçə ünvan göstərirlər.
15.00. Gənclər hərəkətə gəldi və şüarlar sərəsləndirdilər: “İsmayıllı yatmayıb, qeyrətini satmayıb”, “Silahları rədd edin”, “İsmayıllı oyaqdır, Bakı ona dayaqdır”.
15.05. Çevik polis qüvvələri hərəkətə gəlib və gəncləri “Sahil” bağından Axundov adına kitabxanaya doğru sıxışdırırlar.
15.07. Gənclər azsaylı qruplar halında gəlirlər və bir neçə istiqamətdən “Sahil” bağına doluşurlar.
15.15. Əməkdaşlarımızın verdiyi xəbərə görə, 50-dən artıq gənc Pedaqoji Universitetin yanıyla bulvara doğru yürüş edir, şüarlar səsləndirirlər. Polis müdaxilə etmir.
15.20. Polis gəncləri həbs etməyə başlayıb. Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər həbs olunub.
15.22. Bulvarda qovhaqov və qaçaqaç başlayıb. Polislər meydana səpələnərək şüarlar qışqıran gəncləri saxlamağa çalışır.
15.25. Polislər “Sahil” bağını aksiyaçılardan boşaldıblar. Müsavatçı gənclər bulvara doğru gedərək, aksiyanı davam etdirirlər.
15.26. Jurnalistlər Şahvələd Çobanoğlu, Xədicə İsmayıl, NİDA-çılar Turgut Qəmbər, Nadir Alma, VHP-çi Nicat Kamal, AXCP-çi Əbülfəz Qurbanlı, gənc fəallar Emil Milli, Emil Bağırov və Atabəy Ağalarbəyli, vəkil İntiqam Əliyev saxlanıblar…Müxbirlərimiz deyirlər ki, 30 nəfər aksiyaçı saxlanılıb…
15.27. Jurnalistlər Fəvvarələr meydanına gedirlər. Hesab olunur ki, aksiya orada davam etdirilə bilər.
15.30. Əməkdaşlarımızın verdiyi xəbərə görə, gənclərin bir qrupu Fəvvarələr meydanına da şüarlar səsləndiriblər. Polislər onları saxlayaraq polis maşınlarına oturdaraq aparıblar.
15.32. Reportyorlarımızın verdiyi xəbərə görə, polis “Sahil” bağına daxil olan etirazçıların daha bir dəstəsini tutmaqla və bağdan qovub çıxarmaqla məşğuldur.
15.35. Bu dəqiqəyə olan məlumata görə, çox sayda tutulan var. (Siyahılar musavat.com-da əlavə dərc olunub) Polislər “Ar olsun belə polisə” deyən qadını həbs ediblər. Tutulanları avtobuslara yığırlar.
15.40. 35 nəfər saxlanılan aksiya iştirakçısı ilə dolu avtobus artıq polis bölməsinə yola salınıb. Hadisə yerinə ikinci avtobus da gətirilib.
15.42. Əməkdaşımızın verdiyi xəbərə görə, polislər jurnalistlərin işləməsinə imkan vermir, mane olurlar. Onlar jurnalistlərin birini yerə yıxaraq sürüyüblər. Hazırda Fəvvarələr meydanında aksiya davam edir.
15.45. “Sahil” bağında aksiya davam edir. Polislər aksiya iştirakçılarını bir-bir, iki-bir ovlayırlar. Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və Müsavat başqanının müşaviri Yeganə Hacıyeva tutulanlar arasındadır.
15.46. Polislər artıq aqressivləşiblər, jurnalistləri də itələyir, kobudluq edir, saxlanılanları sürüyürlər.
15.50.Gənclər “Sahil” bağından dağılmır, yenidən bağa girirlər. Polis həbsləri davam etdirir.
15.52. Polislər jurnalistlərə xəbərdarlıq edirlər ki, çəkilib getsinlər, yoxsa onlar da həbs olunacaqlar. Artıq bir neçə jurnalist fiziki təzyiqə məruz qalıb.
15.55. Polislər heç cür gəncləri bağdan qovub dağıda bilmirlər. Gənclər çəkilir, yenidən qayıdır, şüarlar səsləndirirlər.
15.57. Artıq bir saatdır davam edən etiraz aksiyası dənizkənarı bulvara keçib. Burada gənclər çox, polislər isə azdır. Eyni şüarlar gur səslə, xorla səsləndirilir.
16.00. Polislər bulvarda çoxalmağa başlayıblar. Aksiya iştirakçıları yenidən parakəndə qruplara ayrılıblar.
16.02. Aksiya başa çatmış kimi görünür. Saxlanılanlar polis bölmələrinə aparılıb. Fəallar polislərin çox olduğu yerdən dağılışıblar. Təxminən 80 nəfərin saxlanıldığı bildirilir.

Musavat.com

 ​​
 ​​

106 dəfə oxunub
Filed in: Cəmiyyət, Xəbərlər

No comments yet.

Leave a Reply