3:28 pm - Tuesday January 23, 2018

Bakıda intihar hadisəsi baş verib

İntiharDünən Bakı şəhəri, Yasamal rayonunda  intihar hadisəsi baş verib. Məlumata görə intihar edən şəxs 10 gün əvvəl ailə həyatı qurub. Caspinews.com saytı sakinlərə instinadən xəbər verir ki, dünən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində, 102 saylı evin pilləkənində 1982-ci il təvəllüdlü Rəhimov Zülfi Sübhan oğlu intihar edib. Bildirilir ki, kişi mələfə ilə özünü asıb. Onu ilk olaraq həyat yoldaşı aşkarlayıb. Səhər tezdən ayılıb ərinin yanında olmadığını görən qadın otaqdan çıxıb və dəhşətli mənzərə ilə üzləşib. Onlar 10 gün ailə nikaha girib və ailə qurublar. İntiharın səbəbləri hələ məlum deyil. Hadisənin dəqiq m0tivi məlum olmasa da, ilkin məlumatlara görə, ər və arvad birgə həyatın ilk günlərindən mübahisə etməyə başlayıblarmış. Faktla bağlı araşdırma davam edir.

120 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply