3:29 pm - Tuesday January 23, 2018

Bakıda polis qətlə yetirilib

KriminalGecə Bakı şəhərinin Xətai rayon ərazisində qətl hadisəsi törədilib. Lent.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun cəsədi tapılıb. İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil. Məlumata görə, R. Həsənov polis serjantıdır. O, Sabunçu rayon mühafizə şöbəsində çalışırmış. Qətlə yetirilmiş 35 yaşlı polis əməkdaşının iki uşağı qalıb.

 Faktla əlaqədar cinayət işi açılıb. Əməliyyat axtarış tədbirləri həyata keçirilir.

130 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply