5:25 pm - Monday December 11, 2017

Benzinin qiymətinin qalxması vətəndaşların iqtisadi vəziyyətini ağırlaşdırcaq

Azərbaycanda Aİ-92 markalı avtomobil benzinin qiyməti 20 qəpik qaldırılaraq 90 qəpik (0,53 dollar) olub. Bu barədə Tarif (qiymət) Şurası iyulun 14-də qərar qəbul edib.

Turaninfo.org bildirir ki, qərarda deyilir ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

Bundan öncə Aİ-92 benzinin 1 litrinin qiyməti 70 qəpik idi.

Tarif Şurasının məlumatında bildirilir ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, ölkədə avtomobillərin əksəriyyət Aİ-92 markalı benzindən istifadə edir.

qubadİqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, artım yalnız “Aİ-92” markalı avtomobil benzinlə məhdudlaşmayacaq, digər markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma olacaq.

“Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub”, deyə İbadoğlu “Feysbuk” səhifəsində yazıb.

 
kohneKiçik sahibkar, Niyaz Məmmədov hesab edir ki, insanların sosial, iqtisadi və gündəlik tələbatlarını nəzərə almadan qiyməti qaldırmaq olmaz. Ölkədə orta
və kiçik sahibkarlığın məhv olduğu dönəmdə  büdcəni doldurmaq üçün müxtəlif bəhanlərlə yanacagın qiyməti qaldırlır. Halbuku benzinin qalxması iqtisadiyyatın bütün sahələrində qiymət artımına səbəb olacaq. Onsuzda insanların gündəlik təlabat üçün minimum yaşayış şərtləri çox ağır idi. İnsanlar get gedə istehlak etdikləri ərzaqların sayını azaldır. Əvvələr insanlar, xüsusən ailəli insanlar ayda 10 kiloqrama yaxın normalda ət alırdılarsa, indi bu ayda 2-3 kiloqrama endirlib. Bu iqtsiadi çətinlik həmdə insanların psoxologiyasına təsir edir.
Hakimiyyət ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaq əvəzinə, asan yollarla, xüsusilə qiymət artımı ilə büdcəni formalşadırmaq istəyir.
Adekvat olmayan mühütdə vətəndaşların vəziyyəti bu artımdan sonra dahada pisləşəcək.
85 dəfə oxunub
Filed in: İqtisadiyyat

Comments are closed.