3:16 pm - Thursday January 21, 9086

“Binə”də tutulanları aldadacaq və azad etməyəcəklər

43119Məlum olduğu kimi, “Binə” ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Etiraz aksiyasına çıxan şəxslərin əsas tələbi icarə haqlarının artırılmaması olsa da, bu onların azadlıqlarını itirməsi ilə nəticələnib.Demorkatik Təsisatlar və İnsan Hüquqları İB-nin sədri Elçin Abdullayevin fikrincə, bu etiraz yeni bir sosial qrupun etirazıdır: “Avtoritar rejimlərdə sahibkarlar həssas və ehtiyatlı davranmağı üstün tuturlar. Bu baximdan maddi imkanları sahib olan qrupların birləşməsi daha təhlükəlidir. Həm də bu etiraz bir günün məsələsi deyil, bu illərlə yiğılan narazılığın nəticəsidir. Böyük ticarət mərkəzlərinində əldə edilən gəlirlərin 90 faizi vahid əldə cəmlənir. Artıq bu insanlar onlara qalan 10 faizi itirimək təhlükəsini hiss edirlər. Ona görə mənfəət marağı ortaya çıxdı və bu məlum aksiya ilə nəticələndi”.

«Binə» ticarət mərkəzində təxminən 30 min insanın çalışdığını qeyd edən E.Abdullayev bildirib ki, Azərbaycanın regionlarından və qonşu ölkələrdən pərakəndə qiymətlərlə mal alan, bu ticarətlə ailəsini saxlayan nə qədər insan var: “Ölkənin büdcəsinin 80 faizə yaxını yalniz neft gəlirlərindən ibarət olan ölkədə hökumət bu vasitələrlə öz dolanışığını təmin edən insanlarla bu şəkildə davranmamalı idi”.
 Həbs olunanların taleyi məsələsinə gəlincə, QHT rəhbəri deyib ki, barələrində  həbs qətimkan tədbiri seçilmiş insanlar tezliklə azadlığa buraxılmayacaq: “Bu proses ciddi və sistemli şəkildə həyata keçiriləcək. Həm də bu hadisəyə siyasi don geyindiriləcək. Digər tərəfdən  həbs qətimkan tədbiri seçilmiş şəxslər və onların ailə üzvləri ilə xüsusi qaydada iş aparacaqlar. Köhnə təcrübədə var ki, onların özləri və yaxınlarıni inandıracaqlar ki, vəziyyət sakitləşsin, hamı azad oluncaq. Hətta TV-lər vasitəsilə siyasi partiyların və hüquq müdafiə təşkilatları haqqında da tənqidi çıxışlar olacaq.  Inzibat məsuliyyətə cəlb olunlar da müxtəlif “usullarla” cəzalandırılacaqlar”.
110 dəfə oxunub
Filed in: QHT, Xəbərlər

No comments yet.

Leave a Reply