5:23 pm - Monday December 11, 2017

“Bizim Qəhrəman Şəhid!” yazı müsabiqəsinə start verildi

1507216844_21106714_1092008697603388_8385217118922385684_nAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin Qəbələ, Saatlı, Neftçala və Kürdəmir rayonlarında həyata keçirdiyi

“Bizim Qəhrəman Şəhid!” adlı layihə çərçivəsində vətənpərvərlik mövzusunda şagirdlər arasında keçriləcək yazı müsabiqəsinə start verdi. 
Sözügedən layihə çərçivəsində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan baş leytenant Əbu Bəkir İsmayılovun, leytenant Sahil Şirinovun, gizir Fariz Novruzovun və mayor Samid İmanovun təhsil aldıqları orta məktəblərdə şagirdlər arasında şəhidlərin xatirəsinə həsr olunmuş “Bizim Qəhrəman Şəhid!” mövzusunda yazı müsabiqəsi və anım tədbiri keçiriləcək. Eyni zamanda “facebook.com” sosial şəbəkəsində yaradılmış “Bizim Qəhrəman Şəhid!” adlı səhfə vasitəsilə 2016-cı ildə aprel döyüşlərində qəhrəmancasına şəhid olan bütün hərbiçilərmiz barədə izləyicilər arasında maarifləndirmə işi aparılacaq, onların qəhrəmanlıqları təbliğ olunacaq.

Müsabiqə 10 oktyabr -10 noyabr 2017-ci il müddətini əhatə edir. Qaliblər noyabr ayında “Bizim Qəhrəman Şəhid” layihəsi çərçivəsində keçiriləcək anım tədbirində mükafatlandırılacaqlar. 

39 dəfə oxunub
Filed in: Xəbərlər

Comments are closed.