3:39 pm - Tuesday January 23, 2018

Çoxmərtəbəli mənzillərin idarə edilməsi ilə bağlı resurs-informasiya mərkəzi yaradılıb

Çoxmərtəbəli binalarYanvarın 24-ü 2014-cü ildə Binəqədi rayonunda çoxmərtəbəli mənzillərin idarə edilməsi ilə bağlı resurs-informasiya mərkəzinin açılışı olub. Açılış mərasimində İqtisadiyyat və Sənaye Nazirliyinin təmsilçisi Elşən Əsədov, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, Avropa Birliyinin layihə rəhbəri Jerzy Fiesher, hüquqşünası Azad Talıbov, Əmlak Bazarı İştirakçıları Birlyinin rəhbəri Ramil Osmanlı, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev və digər şəxslər iştirak edib.

Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Mərkəz barədə geniş məlumat verib və qeyd edib ki, məqsəd Mənzil Məcəlləsinin tələblərinə uyğun yeni idarəetmə prinsipləri barədə əhalini məlumatlandırmaq və onlara məsləhət verməkdir. Onun sözlərinə görə, Mərkəz məsləhət xidmətləri, maarifləndirmə, ictimai məlumatlılıq işləri görəcək: “Mərkəz həftədə 5 gün fəaliyyət göstərəcək və Həmzə Babaşov küçəsində yaşayan 380 mənzil sakininə deyil, hım də digər şəhər sakinlərinə xidmət göstərəcək. Bununla bağlı bina sakinləri ilə görüş keçirilib. Onlara Resurs-informasiya Mərkəzi barədə məlumat verilib. Bu gündən başlayaraq sakinlər Mərkəzə müraciət edə bilərlər.”

İqtisadiyyat və Sənaye Nazirliyinin təmsilçisi Elşən Əsədov mənzil idarəçiliyi sahəsində dövlət siyasəti barədə danışıb. Onun sözlərinə görə, təmsil etdiyi Nazirlik qanunvericiliklə onlara verilmiş öhdəliklər çərçivəsində əhalinin maarifləndirilməsni həyata keçirirlər. Bu müddətdə əhali ilə sistemli görüşlər keçirilmiş, onlara yeni Mənzil Məcəlləsinin prinsipləri izah edilmişdir.

E.Əsədov Mərkəzin fəaliyyəti ilə bağlı əhaliyə xidmət göstərmək üçün ekspert və mütəxəssislərdən ibarət qrup yaradıldığını bildirib: “Bu qrupa Nazirliyin və Binəqədi rayon icra hakimiyyətinin mütəxəssisləri, Avropa Birliyinin layihə ekspertləri və mənzil idarəçiliyi üzrə ixtisaslaşan QHT-lərin ekspertləri daxildir. Bu ekspertlər növbəlilik əsasında Mərkəzdə əhali ilə mütəmadi görüş keçirəcək və onları maraqlandıran sualları cavablandıracaq”

Avropa Birliyinin mənzil sektorunda islahatların aparılmasında Azərbaycana dəstək layihəsinin rəhbəri Jerzy Fiszer resurs-informasiya  Mərkəzinin beynəlxalq təcrübədə geniş istifadə edildiyini bildirib. “Belə Mərkəzlər ilkin addımdır. Bu Mərkəz müxtəlif qrupların əməkdaşlıq formasıdır. Gələcəkdə belə Mərkəzlərin yaradılması təcrübəsi genişləndirilməlidir. Digər yaşayış binaları da qoşulmalıdır. Bir çox ölkələrdə belə Mərkəzlər yaradılıb. İngiltərə, Polşa, Ukrayna, Baltik ölkələrində geniş istifadə edilir. ”

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin fikrincə, Mərkəz əhalinin maarifləndirilməsi istiqamətində əhəmiyyətli rol oynaya bilər: “Apardığımız araşdırmalar göstərir ki, əhalinin yeni mənzil idarəçiliyi sahəsində bilgisi yox səviyyəsindədir. Onlar hesab edirlər ki, MİS-lər ləğv edilsə onların mənzillərinə xidmət göstərən olmayacaq. Vətəndaşlar bu səbəbdən də binanın idarəçiliyini öz üzərinə götürmək istəmirlər”.

“Əmlak Bazarı İştirakçıları” İB-in rəhbəri Ramil Osmanlı resurs mərkəzinin daha səmərəli və aktiv fəaliyyət göstərməsi üçün sakinlərə məlumatlandırıcı vərəqlərin paylanmasını, ayrı-ayrı binalarda sakinlərlə görüşlərin təşkilinin həyata keçirilməsinin təklif etdi.

 

76 dəfə oxunub
Filed in: İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply