5:28 pm - Monday December 11, 2017

Dünyanın siyasi atmosferini düzgün dəyərləndirə bilməyənlər, uduzan tərəf olacaq..

yeni shekil“Demokratiya uçün Avrointeqrasiyaya Dəstək” İctimai Birliyinin sədri Mətləb Balakişiyevin müsahibəsini təqdim edirik: 

 Mətləb bəy, vətəndaş cəmiyyətinin mövcud durumunu necə qiymətləndirsiniz?

 Bir neçə illik sabitlikdən sonra 2009-cü ildə bu günə qədər Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının  vəzəiyyəti sürətlə pisləşir. Strateji və sistemli tədbirlər nəticəsində hökumət alternativ baxışları susdurmağa müvəffəq olub.  Hətta 2014-cü ilin mayında Azərbaycan AŞ Nazirlər Komitəsində altı aylıq sədrliyi dövründə vəziyyət yumşalmaq, islahtalar aparmaq əvəzinə hakimiyyət təzyiqləri artırmağa başladı.  Hətta , USAID (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən ekspert sorğusu əsasında hazırlanmış “Vətəndaş cəmiyyəti təşkilatlarının sabit inkişafı indeksi 2014 – Azərbaycan” adlı  hesabatda bu məsələni təsdiq elədi.

Vətəndaş cəmiyyəti atmosferinin pisləşməsi ölkədə iqtisadi tənəzzülə gətirib çıxaran neft qiymətlərinin ucuzlaşması fonunda baş verib. Bu zaman 2014-cü ildə hökumət iqtisadi inkişaf strategiyasını müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası qəbul edib. Bu sənəd dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafını nəzərdə tutur. Lakin  biz bunu anacaq sənəd olaraq görürük.

Mətləb bəy QHT-lərin sizə əsas problemləri nədir?

2013-cü ilin sonlarında qəbul edilmiş “QHT-lər haqqında”, “Qrantlar haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə qəbul edilmiş məhdudlaşdırıcı düzəlişlər vəziyyətin pisləşməsinə ciddi təsir edib. 2014-cü il misli görünməmiş həbslər, xaricə səfərlərə qadağalar, istintaqa cəlb edilmələri, yerli və xarici QHT-lərin işinə müdaxilə dalğası ilə müşaiyət olunub. Çox az sayda QHT qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə müvəffəq olub.  Sorgunun nəticəsi həmdə onu göstərir ki, QHT-lərin “hüquqi mühit” reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 4,8 baldan 5,6 bala qədər pisləşib.

Həmçinin “təşkilati imkanlar” və “maliyyə imkanları” meyarları üzrə reytinq pisləşib.

Bu, bir sıra xarici donor qurumlarının: İREX, NDİ, Soros Fondunun ölkəni məcburi şəkildə tərk etməsi ilə bağlıdır. Bu zaman yerli filantropiya konsepsiyası inkişaf etməyib.  Hökumətyönlü KİV-in QHT-lər ətrafında yaratdığı mənfi atmosfer nəticəsində vətəndaş cəmiyyətinin “ictimai imici” göstəricisi də pisləşib. Hakimiyyətdən demokratik islahatların aparmasını gözləmək sadəlövlükdür.

Beyənlxalq təşkilatların rəyləri ilə yanaşı, vətəndaş cəmiyyətinin mövcud vəziyyətini  «hansı vəziyyətdə” olduğunu aydın görmək olur. Bunun üçün  ekspert olmaq lazım deyil.

 

Hansi proseslər və təşəbbüslər vəziyyəti müsbətə doğru dəyişə bilər?

Vətəndaş cəmiyyəti hakimiyyətin özü üçün daha əhəmiyyətldir. Həm ölkədə mövcud siyasi-ictimai gərnliyinin azadlımasına xidmət edər, həmdə Azərbaycan hakmiyyətinin itirilmiş beynəlxalq nüfüzunun bərpa olunmasına gətirib çixara bilər. Bunun üçün siyasi iradə lazımdır.  İlk öncə siyasi məhbsuların azad olunması, mühütün yumşaldımasına ehtiyac var.  Lakin hakimiyyətın son davranışları göstəririk ki, nə olursa olsun hakimiyyət  bu məsələdə geri çəkilməyəcək və islahatlar aparmaycaq. Ümumiyyətlə hakimiyyət bu məsələrə “prinsip” kimi baxir.

Çox təəssüf ki, biz dünyada baş verənlərdən faydalanmırıq, indi mənasız yerə “prinspiallıq göstərmək lüzümsuzdur.  Dünyanın siyasi atmosferini düzgün dəyərləndirə bilməyənlər, uduzan tərəf olacaq..

 

288 dəfə oxunub
Filed in: Müsahibə

No comments yet.

Leave a Reply