3:33 pm - Tuesday January 23, 2018

Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfransı öz işini yekunlaşdırıb

Gənc Tədqiqatçıların Elmi Konfransı keçirilibKonfransa 13 ölkədən olan tədqiqatçilar tərəfindən 900-dən çox tezis təqdim edilib. Bakıda keçirilən Gənc Tədqiqatçıların I Beynəlxalq elmi konfransı öz işini yekunlaşdırıb. Konfransa 13 ölkədən olan tədqiqatçılar tərəfindən 900-dən çox tezis təqdim edilib. Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan,  Avstriya, Ukranya, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cumhuriyətindən olan tədqiqatçıların elmin müxtəlif sahələri üzrə təqdim etdiyi tezislərdən 650-si qəbul edilib. İngilis, rus, azərbaycan və türk dillərində təqdim olunan tezislər üzərinə geniş müzakirələr aparılıb, müxtəlif sahələrdəki innovasiyalarla əlaqəli konstruktiv təkliflər verilib. Bununla da səmərəli elmi müzakirələr aparmaq üçün şərait təmin edilmiş, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar və elm adamları bir araya gələrək bu sahədə əldə olunan təcrübələri qarşılıqlı şəkildə paylaşmaq fürsəti əldə ediblər. Konfrans, gənc tədqiqatçıların qarşılaşdıqları problemləri təhlil etmək və ortaq problemlərə yönəlik təkliflərlə davam etdirilib.

Konfrans sahə olaraq dissiplinlər arası (interdisciplinary) mahiyyət daşıyıb, 3 seksiyada 14 istiqamət üzrə təqdimatlar və müzakirələr olub. Konfransın diqqət mərkəzində olan əsas məsələsi Azərbaycanlı gənc tədqiqatçılarıdır. Məqsəd daha çox tədqiqatçının prossesə cəlb edilərək, onlara elmi mühitdə uyğun tribunanın təmin olunmasına şərait yaratmaq olub.

Natiq

107 dəfə oxunub
Filed in: Elm, Xəbərlər

No comments yet.

Leave a Reply