6:48 am - Sunday February 18, 2018

Gülənin “kassiri” yaxalandı

GulenTürkiyənin İzmir şəhərində FETÖ şəbəkəsinin çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində ESİDEF şirkətinin rəhbəri Mustafa Özkara və Gəzi Universitetinin qurucularından olan Şərəf Sipahi saxlanılıb.

Caspinews.com xəbər verir ki, sözügedən şəxslərin şəbəkənin maliyyə məsələlərini həll etdiyi, işadamların topladıqları ianələri bu hesaba keçirdikləri məlum olub.

Özkaranın Qırğızıstana qaçmaq istəyərkən İzmir Hava Limanında yaxalandığı bildirilib.

Hər iki şəxs dindirilmək üçün İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinə aparılıb.

217 dəfə oxunub
Filed in: Dünya

Comments are closed.