3:38 pm - Tuesday January 23, 2018

Hacıqabulda yük qatarı qəzaya uğrayıb

Qatar qəzasıYanvarın 29-da, günorta saatlarında Azərbaycanda qatar qəzası baş verib. Hacıqabulun Muğanlı kəndi ərazisindən keçən 53 yük vaqonundan ibarət eşelon qəzaya uğrayıb. Bu haqda Hacıqabul sakinlərindən musavat-com-a məlumat daxil olub. Bildirildiyinə görə, nəticədə 53 vaqondan ibarət qatarın 32 vaqonu relsdən çıxıb, 19 vaqon isə aşıb. 
Xatırladaq ki, Hacıqabul ərazisində ildə bir neçə dəfə qatar qəzaları olur. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi hər dəfə bu qəzaların səbəbi kimi yolun təmirsiz olduğunu göstərir. Amma nəyə görəsə indiyədək dəmir yolunun Hacıqabuldan keçən və qəzaya səbəb olan hissəsi təmir edilmir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov xəbəri musavat.com-a təsdiqləyib. Bildirib ki, hazırda hadisə baş verən yerdədir və araşdırma aparılır. N.Əzməmmədov bildirib ki, relsdən çıxan qatarların sayı 15-di: “7 vaqon aşıb. 6-sı taxıl vaqonudu, biri taxta vaqonu. Xəsarət alan yoxdur. Hazırda yolun bərpası gedir, bərpa qatarları hadisə yerinə gətirilib”.
N.Əzməmmədov onu da bildirdi ki, yük qatarı Bakıdan Gəncəyə gedirmiş.
“Qatar qəzalarının əksəriyyəti niyə məhz hər dəfə Hacıqabul ərazisində baş verir” sualına “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri “bu haqda heç nə deyə bilmərəm, yəqin bu haqda mütəxəssislər danışsa yaxşı olar” cavabını verdi.

 

117 dəfə oxunub
Filed in: İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply