5:29 pm - Monday December 11, 2017

“Hakimiyyət xalqın qəzəbindən, insanların etirazından qorxur”

Rail-Rustemov-e1456179075303Gənc Demokratlar Hərəkatı  AXCP Sabirabad rayon şöbəsindən Ali Məclisin üzvü  Sahib Rüstəmlinin oğlu Rail Rüstəmovun saxta ittihamla həbsilə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, uzun müddətdir ki, siyasi baxışlarına görə Sahib Rüstəmliyə qarşı təzyiqlər, yerli hüquq-mühafizə orqanları tərəfindən təqib olunması və nəhayət, övladı Rail Rüstəmovun qondarma ittihamla həbs olunması Azərbaycan hökümətinin  gərçək mahiyyətini ortaya qoyur.

Xatırladaq ki, Rail Rüstəmov fevralın 16-da Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. AXCP funksionerinin oğlu polisə müqavimət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb və ona 20 sutka inzibati həbs cəzası verilib.  Sahib Rüstəmli özü də rayon polis şəbəsinə çağırılıb və orada hədələnib. Ondan “facebook”da tənqidlərə son qoymaq, fəallıq etməmək tələb olunub. Bütün bunlarla yanaşı, həm Sahib Rüstəmlinin, həm də oğlu Rail Rüstəmovun avtomobilləri cərimə meydançasına aparılıb.

“Azərbaycanda vicdan məhbuslarının  sayının  artması,  ictimai-siyasi fəallara qarşı xüsusən bölgələrdə rayon rəhbərliyinin təzyiq və təqiblərinin güclənməsi hakimiyyətin xalqın qəzəbindən, insanların etirazlarından qorxmasının göstəricisidir”, – deyə bəyanatda vurğulanır.

Gənc Demokratlar Hərəkatı hesab edir ki, hakimiyyət  ictima-siyasi fəallara qarşı aqressiv davranmaqla, onları saxta ittihamlarla həbs etdirməklə insanların etirazlarının, demokratiya istəklərinin qarşısını ala bilməyəcək: “Hesab edirik ki, hakimiyyət bu təzyiq metodlarından əl çəkməli, siyasi məhbusların azadlığa buraxılması, demokratik və açıq cəmiyyətin formalaşması, sağlam mühitin yaradılması üçün sürətli addımlar atmaldır”.

 

283 dəfə oxunub
Filed in: Siyasət, Xəbərlər

No comments yet.

Leave a Reply