5:28 pm - Monday December 11, 2017

“İblisin oğlu” Türkiyədə təqdim olunur

Iblisin oğluFilmin Ən qısa zamanda Azərbaycan kinoteatrlarında nümayiş ediləcəyi gözlənilir.

“Zayka” Kinostudiosunun istehsalı olan “İblisin oğlu” filmi artıq tamaşaçılara təqdim olunacaq. “Caspinews.com”un məlumatına görə, dekabrın 27-də ilk dəfə səhnəyə qoyulacaq film tamaşaçılarını olduqca təəccübləndirəcək və film müddətincə baş verən hadisələr sürprizlərlə dolu olacaq. Film ilk olaraq qardaş ölkədə – Türkiyədəki kinoteatrlarda nümayiş olunacaq. Ən qısa zamanda filmin Azərbaycan kinoteatrlarına gətiriləcəyi və Azərbaycanın film saytlarında yayımlanacağı gözlənilir. Rejissorları Emre Kaya, Gökalp Yamen və rejissor köməkçiləri Niyazi Səlimbəyli və Burak Bacaksız olan filmin mövzusu da tamaşaçıların diqqətini cəlb edəcək. Belə ki, universitetin jurnalistika fakültəsində təhsil alan 5 nəfərlik bir qrup tələbə diplom işi üçün maraqlı bir xəbər araşdırmasındadırlar. Onlar, sirr pərdəsi aralanmayan və 8 dağlının itməsində şüphə edilən, eyni İblisin oğlu 1zamanda dağ evində ilkin insan şərtləri ilə yaşayan Vild-ın hekayəsini kamera təsdiqləməsi şəklində xəbər yazmağa qərar verirlər. Bu arada lənətli olaraq inanılan 13 rəqəmini aradan qaldırmaq üçün 5 qurbana daha ehtiyac vardır. 8 nəfərin itməsindən sonra bu 5 tələbə sir pərdəsinin mahiyyətini ala biləcəklər, yoxsa yox?

Xatırladaq ki, Yakın Doğu Universiteti tələbələri olan Niyazi Səlimbəyli və Gökalp Yamen bu filmdən öncə bir neçə filmə də rejissorluq edib. Bunlardan “Postal 1974”, “Qarabağ – Turan”, “Kanlı noel 1963” və başqaları kimi qısametrajlı filmləri sıralamaq olar. “Postal 1974” qısa filmi yer aldığı bir neçə yarışmalardan birində 3-cü yerə layiq görülərək Yakın Doğu Universitetinin Radio və Televizya fakültəsinə son altı ilin yeddinci mükafatını qazandırıb.

mukafatlar

311 dəfə oxunub
Filed in: Mədəniyyət, Xəbərlər

No comments yet.

Leave a Reply