3:35 pm - Tuesday January 23, 2018

II qrupun keçid balı 150-yə endirildi

TQDK ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  II ixtisas qrupu üzrə keçirdiyi sonuncu qəbul imtahanlarının nəticələrini açıqlayıb.TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanın nəticələri qurumun rəsmi saytında yerləşdirilib.
Hər bir abituryent bu linkə daxil (http://www.tqdk.gov.az/net2012ali/ ) olmaqla nə qədər bal topladığını öyrənə bilər. Onlae imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727-yə iş nömrələrini göndərməklə də öyrənə bilirlər. II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

108 dəfə oxunub
Filed in: Elm, Xəbərlər

No comments yet.

Leave a Reply