3:16 pm - Sunday January 21, 9444

İsmayıllı rayonu “Silahlı qüvvələr” tərəfindən mühasirəyə alınıb

İsmayıllı rayonuİsmayıllıda gərgin vəziyyət davam edir. Azadlıq qəetinin verdiyi məlumata görə, rayon müxtəlif polis və təhlükəsizlik qüvvələrinin mühasirəsindədir. Rayona aparan bütün yollar nəzarətə götürülüb. Qonşu rayonlardan İsmayıllıya girişin qarşısını almaq üçün postlar qurulub. İsmayıllının kəndlərindən rayon mərkəzinə gətirən yollar da bağlanıb.Rayonun ayrı-ayrı yerlərindən aldığımız xəbərlər bunlardan ibarətdir: Talısdan kəndində xeyli sayda silah-sursatla təhciz edilmiş canlı qüvvə və zirehli texnika var. Mican kəndi istiqamətində 2 BMP keşik çəkir. Qəbələ istiqamətindən Topçu meşələrinə MTN-in təxminən 300 nəfərə yaxın qara maskalıları yerləşdirilib. Qaraməryəm-Ağsu istiqamətində də silah-sursatla təchiz edilmiş xeyli canlı qüvvə cəmləşib.

Məlumatlara görə, rayonun kəndlərindən əhali mərkəzə gəlmək istəyir. Əsas yollar bağlı olduğundan insanlar meşələrdən keçməyə çalışır. Lakin meşələrdə yerləşdirilən qara maskalılar onların qarşısını alır.

Hadisələr başlayandan bəri təxminən 150 nəfərin həbs edildiyi deyilir. Həbs edilənlərin bir hissəsini Göyçaya və Qəbələyə aparılıb.
Məlumatlara görə, polis idarəsində saxlanılanlara dəhşətli işgəncələr verilir.
Rayon xəstəxanası qapalı rejimə keçirilib. Hadisələr zamanı xəsarət alıb xəstəxanaya yerləşdirilənlərdən hər hansı xəbər almaq mümkün deyil. Bəzi məlumatlara görə, polislər xəstəxananın baş həkimi Afdandil Rəhimovu döyüblər.
Rayonda polis və təhlükəsizlik qüvvələrinin əməliyyatlarını bələdçi qismində İsmayıllının polis rəisinin Şöhrət adlı müavini tənzimləyir.

119 dəfə oxunub
Filed in: Cəmiyyət, Xəbərlər

No comments yet.

Leave a Reply