3:29 pm - Tuesday January 23, 2018

İsmayıllıda qaban ovçunu parçalayıb

Qabanİsmayıllı rayonunda meşədə qaban ovçunu parçalayıb. .Caspinews.com-un İsmayıllıdan aldığı məlumata görə, hadisə ötən gün axşam saatlarında İsmayıllı rayonu Lahıc qəsəbəsi yaxınlığında meşədə baş verib. Belə ki, ov etmək üçün meşəyə gedən Əbülfəz adlı şəxs qabanın hücumuna məruz qalıb.Əbülfəz silahlı olsa da, qabanın hücumundan xilas ola bilməyib. Vəhşi heyvan 40-45 yaşlarında Əbülfəzin qarın nahiyəsini dağıdıb və nəticədə ovçu hadisə yerində dünyasını dəyişib. İsmayıllı rayon Prokurorluğu xəbəri təsdiqləyib.

Ürfan Kərimli

156 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply