1:53 pm - Thursday December 14, 2017

“Kanal 13” ün rəhbəri Əziz Orucov həbs olundu

orucovƏziz Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Vəkil Elçin Sadıqov bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək. Bundan əlavə Əziz Orucovun həbsinin girov qarşılığında ev dustaqlığıyla əvəz olunması ilə vəsatətlə çıxış edəcəklər.

O, qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilir
“Kanal-13” kanalının rəhbəri Əziz Orucov (Qaraşoğlu) haqda Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb.
Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində məlumat yayıb. Vəkilin sözlərinə görə, indiki cinayət işi 2014-cü ildə QHT-lərə qarşı qaldırılan cinayət işindən ayrıdır.
“Əziz Orucova qarşı qaldırılan cinayət işi “Kanal-13″ün fəaliyyəti və “Qafqaz Media Təhqiqatları Mərkəzi” İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb” – vəkil bildirib.
Nəsimi Rayon Məhkəməsinə Əziz Orucov haqda 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatət verilib.
Mayın 2-də Əziz Orucov 30 sutka həbs cəzası almışdı. O, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.
“Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.
87 dəfə oxunub
Filed in: Siyasət

Comments are closed.