5:29 pm - Monday December 11, 2017

Lamiyyə Əhmədova : “Azərbaycanın dövlət təhlükəsizliyi və inkişaf modeli Avropa ilə bağlıdır”

lamiyeAzərbaycandakı keçirilən idman yarişları ilə bağlı ictimai-siyasi fəal Lamiyyə Əhmədovının fikirlərini öyrəndik.

Sizcə beynəlxalq yarışların Azərbaycanda keçirilməsinin hansi müsbət və mənfir tərəfləri var? – Ümumiyyətlə hansısa ölkədə idman yarışlarının keçirilməsi populyarlıq və tanınma baxımından müsbət haldır. Belə yarışlar təşkil edən ölkə və şəhər haqqında beynəlxalq aləmdə müsbət rəy yaranır və eyni zamanda ölkəyə müəyyən qisim turistlərin gəlişinə səbəb olur. Lakin beynəlxalq yarışlarda elə turnirlər var ki, onlar ölkənin iqtisadiyyatına gəlir gətirir. Məsələn Olimpiya oyunları, Futbol üzrə dünya çempionatı və s. Bu turnirlərə tamaşaçı və idmançı axını daha yüksək olur. Amma keçən il keçirilən I Avropa oyunları da bizim üçün kifayət qədər nüfuzlu turnir olsa da, iqtisadiyyatımıza əksinə ciddi mənada mənfi təsir göstərdi. Təsəvvür edin ki, bütün mənalarda insanlar ölkədə hər şeyin taleyini Avropa oyunlarıyla bağlayırdılar və bir növ rişxənd kimi formalaşmışdı. Yaxud da “dünyaya meydan oxuyan” iqtisadiyyatımızdan danışan Azərbaycan Tv-ləri və hökumət təmsilçiləri Avropa oyunlarında və ya “Formula1” yarışında olan “gəlirlər”imizdən heç   danışmadılar.

Azərbaycandakı mövcud sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz, əvvəlki illərdən bu nə ilə fərqlənir? – Sosial-iqtisadi vəziyyəti izah edərkən bir neçə şeyə diqqət yetirmək lazımdır: İlk növbədə iki dəfə olan devalvasiya və milli valyutanın iki dəfə dəyərdən düşməsi faktiki olaraq bizim “var-yox”umuzun iki dəfə ucuzlaşması deməkdir. Yəni dünənə qədər 150 manat təqaüd alan pensionerin aylıq pensiyası 200 dollara yaxın idisə, bu gün bu məbləğ 100 dollardan aşağıdır. Ölkəmizin daha çox idxalçı ölkə olduğunu nəzərə alsaq və bu zaman alıcılıq qabiliyyətimizin iki dəfə aşağı düşməsini hesablasaq vəziyyət aydın olar. Eyni zamanda özəl şirkətlərin bağlanması, işsizliyin artması və çoxdan mövcud olan vergi və gömrük sistemindəki korrupsiya və özbaşınalıqlar da iqtisadiyyatın inkişafını gecikdirən amilllərdəndir.

 Lamiyyə xanım, sizcə Avropaya inteqrasiya Azərbaycan nə verə bilər? – Azərbaycanın dövlət təhlükəsizliyi və inkişaf modeli Avropa ilə bağlıdır. Çünki, Avropada insan haqları, oturuşmuş seçki sistemi, ifadə azadlığı, azad iqtisadiyyat, biznes imkanları, təhlükəsizlik, əmək hüquqları, social təminat və s. artıq yüksək səviyyədə təmin olunub. Bu mənada Avropaya inteqrasiya bizə daha çox fayda verə bilər. Yəni 20 ildə bir dəfə Avroviziya müsabiqəsi keçirməkdənsə, AVRO 2016 dünya çempionatına sponsorluq etməkdənsə, formula-1 yarışı keçirməkdənsə avropa dəyərlərini tətbiq etmək və bu yolla daha uğurlu nəticələr əldə etmək mümkündür. Çünki, epizodik olaraq özümüzü demokratik göstərmək mahiyyət anlamında çox gülünc görsənir. Təsəvvür edin ki, Almaniyada, İsveçdə, Belçikada, Hollandiyada yaşayış səviyyəsi, mətbuat azadlığı, social vəziyyət və əmək haqları olduqca yüksəkdir. Yalnız qaçqınlara verilən sosial yardım 320 avrodur. Bizdə isə 15 avro deyil. Əsl fərq budur. Bu hal Avropa ölkələrinin nə qədər iqtisadi cəhətdən güclü olduğunu göstərir.

351 dəfə oxunub
Filed in: Mədəniyyət

Comments are closed.