5:22 pm - Monday December 11, 2017

lostchildren-az.org internet saytı fəaliyyətə başladı

IMG_4990Uşaq Hüquqlarının Müdafiə Liqası Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar haqqında məlumat bazasının yaradılması” layihəsinin icrasına başa çatdırmışdır.

Layihə çərçivəsində Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar haqqında  www.lostchildren-az.org internet saytı fəaliyyətə başlamışdır.

25 noyabr 2017 ci il tarixində New Baku Hotelin konfrans zalında saytın təqdimat mərasimi küçirilmişdir. Təqdimat mərasimində layihə rəhbəri Yusif Bəkirov iştirakçılara sayt haqqında ətraflı məlumat vermişdir.

Sayt Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Layihə  çərçivəsində girov uşaqlar haqqında çəkilmiş “Ağır yaddaş” filminin İngilis dilinə tərcüməsi və bu dildə yazıların yazılması, itkin və girov uşaqların ailələrindən, həm də, əsirlikdən azad olan şəxslərdən mühasibələr saytda yerləşdirilmişdir.

Sayt həm kompüter, həm də mobil internet istifadəçiləri üçün asan istifadə oluna biləcək tərzdə, axtarış funksiyasına malik olan məlumat bazası ilə fəaliyyət göstərir.

IMG_4993 IMG_5001 IMG_5030 IMG_20171125_121200484 IMG_5002

Bakı şəhəri                                                                                    25.11.2017

 

14 dəfə oxunub
Filed in: QHT

Comments are closed.