5:23 pm - Monday December 11, 2017

“Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyi Azərfon MMC ni məhkəməyə verir

İlk öncə qeyd etmək istərdik ki, 26 aprel 2016-cı il tarixində “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyi və Azərfon MMC arasında müqavilə imzalanmışdır. Lakin, təşkilata gələn şikayət və  narazılıqlardan biz belə bir nəticəyə gəldik ki, Azərfon MMC qeyri-ciddi bir şirkətdir. Dəfələrlə Azərfon MMC-nin rəhbərliyinə rəsmi və qeyri rəsmi müraciətlər etdik, lakin heç bir nəticə əldə edə bilmədik. Hətta o dərəcəyə çatdı ki, Azərfon MMC arasında imzaladığımız müqaviləyə xitam verilməsi barədə müraciət etdik. Həmin müraciəti sizə təqdim edirik: “Yazaraq sizə bildirmək istəyirik ki, 26 aprel 2016-cı il tarixində “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyi və Azərfon MMC arasında müqavilə imzalanmışdır. Lakin, bir təşkilat olaraq biz Azərfon MMC-dən  olan narazılıq və gələn şikayətlər nəticəsində bu müqaviləyə xitam verilmsinə qərar verdik. Aşağıda qeyd etdiyimiz şikayətləri nəzərə alaraq, təşkilatın adına olan bütün nömrələri deaktiv edərək nömrələri bağlayıb, təşkilatın adından çıxarılmasını tələb edirik.”

  1. Təşkilat olaraq nömrələrdə yaranmış problemlərlə bağlı müraciət edildikdə sizin əməkdaşlar bəzən səhlənkarlıq və qeyri-peşəkar işçilər bu şikayətləri qulaq ardına vuraraq, həll etməməklə bizi incidirdilər. Dəfələrlə əlaqə saxlayaraq, sonda problemi həll edə bilirdik. Rəhbərliklə görüş istədikdə isə, dəfələrlə bizə “Nə sözünüz varsa bizə deyin, biz çatdırarıq” cavabı alırdıq. Rəhbərliklə görüşdən bizi yayındırıdılar. Anlamırıq ki, rəhbərliklə görüşü niyə istəmirlər? Hətta məsul şəxsin əlaqə telefonunu belə istəyəndə, buna da nail ola bilmirdik. Bu 1 (bir) il ərzində hələ də bilmirik ki, bizim kurator kimdir.
  2. Müqavilə imzalayarkən 1(bir) ay sonra “İphone” markalı telefon veriləcəyi söylənildi, sonra bu 6(altı) ay və 1(bir) il müddətinə uzadıldı. Dəfələrlə bu barədə sizin əməkdaşlarla əlaqə saxladıqda “Veriləcək, səbirli olun” cavabını aldıq. Son dəfə müraciət edildikdə isə, ayrı-ayrı şəxslər çox aqressiv və kobud cavablar verərək “Nə olub? Başqa təşkilar da var ki, 3-4 il heçnə isdəmir, biz onlara aparıb veririk. Bizə borcu olanlar da var amma biz şirkət olaraq, heç borcumuzu isdəmirik”. Narmobile şirkəti ola, borcu isdəməyə? Heç inandırıcı deyil. Xatırladım ki, biz müqaviləni şərtlər əsasında imzaladıq. Lakin görünür ki, Azərfon MMC bu şərtləri kobudcasına pozmağa çalışır.
  3. Bu ay ərzində Təşkilat olaraq nömrələrdən çoxlu sayda şikayətlər aldıq. İlk öncə nömrə təqdim edildikdə, həmin şəxslər nömrəni istifadə edərkən, onu aktivləşdirmək üçün balansa müəyyən qədər pul məbləği yatırıldıqda, nömrə aktivləşirdi və sonra nömrədən istifadə olunurdu. Lakin bu ay həmin abunəçilərin bir qisminə xəbərdarlıq edilmədən nömrələri bağlandı. Əlavə pul ödəməklə nömrələrdən yenidən istifadə etmək mümkün oldu. Yaranmış narazılıqlarla bağlı Azərfon MMC-nin əməkdaşları ilə əlaqə saxlanıldı, cavabında “Bu keçən ayın borcu olduğu üçün yüklənilən məbləğ borca silindi.” deyərək, şikayəti dinləməyi belə istəmədilər. Onu da qeyd edək ki, nomrəni istifadə etmədən öncə balansa pul yüklənilirdi və daha sonra nömrədən istifadə etmək mümkün olurdu. Bu vətəndaşın cibinə girməklə bir soyğunçuluqdur.

Təşkilat olaraq biz qərar verdik ki, yaranmış narazılıq və şikayətlər əsasında məhkəməyə belə müraciət edərək, Azərfon MMC-nin dələduzluğu və müqavilənin şərtlərini pozduğuna görə öz haqqımızı tələb edək. Bu barədə də internet saytlarında və sosial şəbəkədə məlumatlar veriləcəkdir. Azərfon MMC-yə cəlb etdiyimiz dost təşkilatları da bu addımı atmağa xahiş edəcəyik. Çünki onları biz sizə cəlb etmişik! Dost təşkilatların da bizim kimi həm maddi, həm də mənəvi zərər görməsini istəmirik.”

108 dəfə oxunub
Filed in: Cəmiyyət

No comments yet.

Leave a Reply