3:20 pm - Tuesday January 23, 2018

“Məhkəmələr vəzifəli şəxslərin sifarişlərini yerinə yetirirlər” – İnsan Hüquqlari və Sosial Bərabərlik İnstitutu sədr müavini Səməd Ağayev

semed-agayevAzərbaycanda siyasi fəallara qarşı təzyiqlər davam edir. Mətbuat və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan qadağalarla yanaşı, siyasi fəallarda təqib edilir.

Bu məsələyə diqqət çəkən Səməd Ağayev deyir ki, parlament seçkiləri öncəsi siyasi fəalların həbsi vəziyyətin necə gərgin olduğunu göstərir: “Əslində seçki öncəsi vəziyyət birqədər yumşalmalıdı. Namizədlərin normal seçki marafonu aparması, insanlarla görüşüb öz platformalarını seçicilərə çatdırmaları üçün şərait yaradılmalııdı. Amma təbliğat imkanları məhdudlaşdırılır, seçki komissiyaları yuxarıların tövsiyyəsi ilə hakim partiyanın seçkilərə qatılan namizədlərindən başqa digərlərinin seçki yarışına qoşulmasına süni maneələr yaradır. Hətta müxalif fikirli insanlara imza verən vətəndaşlar sonradan təzyiqlər qarşısında imza vermədiklərini bildirirlər”.

Səməd Ağayev kifayət qədər siyasi fəalın həbs edildiyini vurğuladı: “Bir neçə il öncə Müsavat başqanının müşaviri Yadigar Sadıqov saxta ittihamlarla 6 illik həbs cəzasına məhkum edildi. Yenə qurama ittihamlarla Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli 6 il, 6 ay müddətinə azadlıqdan məhrum edildi. Onun qardaşı Sirac Kərimli isə 6 il həbs cəzası aldı. Baxmayaraq ki, Sirac Kərimlinin siyasi mənsubiyyəti yoxdur və onun qardaşı Fərəc Kərimli ilə səhv salınaraq həbs olunduğu məhkəmədə də aşkarlandı. “Amnesty İnternational” təşkilatı Kərimli qardaşlarını “vicdan məhbusu” kimi tanıyıb”.

S.Ağayevin qənaətinə görə, ölkədə müstəqil məhkəmə sisteminin olmaması istənilən şəxsin həbsə atılacağını düşünməyə əsas verir: “Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinə və qanunlara əsaslanaraq ədalətli qərar verəcəyinə cəmiyyətdə inam yoxdur. Nəinki siyasi işlər, bir çox hallarda mülki işlərlə bağlı da ədalətsiz qərarların şahidi oluruq. Amma siyasi işlərdə məhkəmə birmənalı olaraq yuxarıdan gələn sifariş əsasında hökm çıxarır. Məhkəmə sisteminə inamın olmaması və hakimiyyətin öz opponentlərini həbsə atdırmaqla sıradan çıxarmaq niyyəti bir çox fəalların ölkəni tərk etməsinə səbəb olub. Məhkəmələr vəzifəli şəxslərin sifarişlərini yerinə yetirirlər”.

 

1,083 dəfə oxunub
Filed in: Siyasət

Comments are closed.