5:27 pm - Monday December 11, 2017

“Məni ölməyə qoymayın, anam ağlamasın!”

31295“Bizimyol.info” saytı aplastik animeya xəstəliyindən əziyyət çəkən Murad adlı 3-cü sinif şagirdinin müraciətini dərc edib. Murad ailəsinin yaşadığı üzüntüləri təsvir edir və onu qorumaq üçün kömək istəyir. Beləliklə, ölüm ayağında olan 9 yaşlı uşağın ürək parçalayan müraciəti:Mənim cəmi 9 yaşım var, 3-cü sinifdə oxuyurdum. Artıq neçə aydır məktəbə getmirəm, anam deyir, xəstələnmişəm, hər gün dokotorlara aparırlar. Anam hey ağlayır, atam da. Amma atam göz yaşlarını mənə göstərmək istəmir, otaqdan bayıra çıxır. Amma bir neçə dəfə hönkürərkən onun çiyinlərinin necə atılıb düşdüyünü görmüşəm. Bimirəm mənə nə olub. Axı mən əvvəllər də xəstələnirdim, onda heç kim ağlamırdı. Anam boğazıma bir qaşıq dərman töküb “keçər oğlum, dərsdən qalma” deyərdi…Hələ babam… Mən xəstələnəndən onun üzü heç gülmür, məktəbdə müəllim işləyir, amma tez-tez icazə alıb səhər tezdən harasa gedir, günorta, ya da axşam yorğun halda evə dönür. Əlində həmişəm qalaq-qalaq kağızlar olur. Heç kimlə danışmaq istəməsə də anam, atam ona çoxlu suallar verirlər. Babamı heç belə üzgün görməmişəm. Əvvəllər mənimlə söhbət edərdi, dərslərimi soruşardı. Amma indi sanki üzünü məndən gizlətməyə çalışır. Bir dəfə gecə mənim yatağıma gəldi, yanımda diz çöküb ağlayırdı, Allaha dua edirdi, onu bizdən alma deyirdi. Babamı heç belə görməmişdim, axı mənə nə olub, kim məni babamdan almaq istəyir?
Bir gün səhər tezdən evdə səs-küyə oyandım, yatağımdan qalxmaq istəyərkən anamın hıçqırıqlı səsini eşitdim. Atama, babama, “Muradı ölməyə qomayın, bir şeylər edin, kömək istəyin” deyirdi. Babam “Allahdan ümid kəsilməz qızım, əlimdən gələn hər şeyi edirəm, hər yerə yazmışam, əlbət bir kömək edən tapılacaq” deyirdi…
Daha əvvəlki kimi deyiləm, tez-tez halsızlaşıram, yemək yeyə bilmirəm. Məni tez-tez bir xəstəxanaya aparırlar, qoluma iynə keçirib qan vururlar. Həkimlərdən bir yanımdan aralanıb o birisinə “yazıq uşaq əməliyyat olunmasa öləcək” dedi.  Mən niyə öləcəyəm axı, onu bilmirəm, ölməyin necə olduğunu da bilmirəm. Amma atamın, anamın, babamın bundan çox qorxduqlarını bilirəm. Bir gün babam sevinclə gəldi ki, bizi Zaurun veirilişə çıxaracaqlar, oradan kömək istəyərik, inşallah yardım edən tapılar. Günlər keçdi, yeni il bayramından sonra idi. Bir gün babam çox kədərli halda evə qayıtdı. Atama pıçıltılı səslə “Zaurun verilişində Muradın xəstəliyinə yardım etmirlər” dedi. Atam hirslə yumruğunu divanın başına vurub, otaqdan çıxdı…
Evimizə tez-tez qonaqlar gəlir, hamısı başımı sığallayıb üzümdən öpürlər, zarafat etməyə çalışırlar, amma məndən uzaqlaşan kimi çoxunun gözləri yaşarır…
Anamın qohumlarından biri niyə “Leyla Əliyevadan kömək istəmirsiz, gözünüzün qabağında uşağı öldürəcəksizinizmi” dedi. Anam ağlayaraq “hər yerə müracəit ediblər, amma kömək edən yoxdur” söylədi. Mən tez otağıma qaçdım, ilk dəfə ağladım. Axı mənə nə olub, mənə görə hamı niyə ağlayır, mən niyə ölürəm?
Mən qohummuzun dediyi Leyla Əlieyevanı televizorda görmüşəm. uşaqlara hədiyyə gətirmişdi, onlarla söhbət edirdi, üzlərindən öpürdü… Mən istəyirəm ona deyəm ki, məni ölməyə qoymasın. Mən bilmirəm, ölmək nədir, amma anam, atam, babam bundan çox qorxurlar, üzləri gülmür heç, həmişə ağlayırlar…Məni ölməyə qoymayın ki, onlar ağlamasın!…

327 dəfə oxunub
Filed in: Cəmiyyət, Xəbərlər

No comments yet.

Leave a Reply