3:47 pm - Tuesday January 23, 2018

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin BƏYANATI

Biz “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi olaraq qeyd emək istəyirik ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra qətlə yetirilmişdir. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyasının 38-ci maddəsini əsas tutaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməməsi bir daha onu göstərir ki, “Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda,  Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti  atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülki şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyirçi qalmasınlar”.

 

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin

Həllinə Kömək” İctimai Birliyinin sədri: Həsənov Məmmədhəsən Murad oğlu

 

30 dəfə oxunub
Filed in: Xəbərlər

Comments are closed.