3:25 pm - Tuesday January 23, 2018

Mustafa Cəmil Krıma buraxıldı

mustafa-cemilevKrım tatarlarının lideri, Ukraynanın deputatı Mustafa Cəmil yarımadaya buraxılıb. Mustafa Cəmil Ukrayna mediasına deyib ki, Krımla sərhəddə, Xerson vilayətində onu və Çubarovu saat yarım saxlayıblar. “Bizi sərhədçilər saxladı. Əvvəlcə bildirdilər ki, Krıma buraxıla biləcək şəxslərin siyahısında mənim adım yoxdur. Onlar bir müddət intensiv şəkildə zəngləşdilər və sonra bizi buraxmaq qərarı verdilər. Şübhə etmirəm ki, onlar göstərişi Moskvadan alıb”, – deyə Mustafa Cəmil bildirib.

124 dəfə oxunub
Filed in: Dünya, Xəbərlər

No comments yet.

Leave a Reply