5:25 pm - Monday December 11, 2017

“Qəbələ” klubu tanınmış futbolçu transfer edib

Marat İzmailov“Qəbələ” klubu Rusiya yığmasının sabiq futbolçusu Marat İzmaylovla danışıqları uğurla başa vurub. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. 

O bildirib ki, 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək Portuqaliya “Portu”sundan icarəyə götürülüb. Nəcəfovun sözlərinə görə, anlaşma “Qəbələ”nin rəsmi saytı vasitəsilə sabah veriləcək: “İlk açıqlama İzmaylovun müqavilə ilə məxsus olduğu “Portu”dan gəlməlidir. Futbolçuya menecerlik edən şirkətlə Portuqaliya klubu arasındakı anlaşmaya əsasən, bu, belə olmalıdır. “Portu”nun saytından sonra biz də eyni addımı atacağıq”.

“Qəbələ” rəsmisi İzmaylovun əmək haqqının komandadakı digər futbolçulara ödənən vəsaitdən fərqlənməyəcəyini də əlavə edib. Nəcəfov deyib ki, rusiyalı yarımmüdafiəçi üçün nəzərdə tutulan icarə haqqı ona əmək haqqı şəklində mövsümün sonunadək ödəniləcək: “Təcrübəli futbolçu ilə danışığımız olub ki, icarə müddəti başa çatdıqdan sonra onu komandada saxlayacağıq. İzmaylovun “Portu” ilə gələn mövsümün sonunadək müqaviləsi var. Bu səbəbdən, Portuqaliya klubunun da razılığını almağımız lazım gələcək”.

Qeyd edək ki, Marat İzmaylov “Portu”da 2013-cü ilin yanvarından çıxış edir. O, daha öncə “Qəbələ”nin hazırkı baş məşqçisi Yuri Syominin rəhbərliyi altında Rusiya “Lokomotiv”ində (2000 – 2007) və Portuqaliya “Sportinq”ində (2007 – 2013) forma geyinib. İzmaylov Rusiya yığmasının heyətində 34 oyuna çıxıb, 2004 və 2012-ci il Avropa çempionatlarında oynayıb.

222 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply