1:53 pm - Thursday December 14, 2017

“Qarabağ Əlilləri və Veteranları” Ictimai Birliyinin BƏYANATI

Qarabağ müharibəsi iştirakçıları olaraq sizə bildiririk ki, uzun illərdən çox vaxt küçməsinə baxmayaraq bizim Azərbaycan xalqına, torpaqlarına qarşı mənfur ermənilərin törətdiyi soyqırımlarına, haqsızlıqlarına, vəhşiliklərinə,  faşizminə  qarşı böyük millət olaraq sülh və ədalət naminə dözmüşük.

Tarixi araşdırmalar etmədən sizə müraciət edirik: Biz müharibə iştirakçıları olaraq öz doğma Azərbaycan torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi  uğrunda canımızdan keçərək Şəhid və əlil oluruq. Yalnız sizlərin (Avro Şurası Parlament Asssambleyası, ATƏT, Minsk qrupu, NATO) bu illər ərzində tutduğunuz vəzifəyə, hər bir rahatlığınıza rəğmən heç bir iş görmürsünüz, danışıqlarınız heç bir nəticə vermir, atəş hər gün pozulur, dinc əhalini, yaşadıgı evləri məhv edirlər  və s. daha nələr saymaqla qurtarmır. Xalqı, vətəni olmayan ermənilər də sizlərin  birtərəfli tutduğu bu mövqedən daima yararlanıblar.

Belə isə Azərbaycan torpaqlarımızda nə gəzirsiniz? Gedin ermənilərlə yaşayın, işləyin.

Azərbaycan xalqına qarşı növbəti dəfə daha bir erməni vəhşiliyinin, vandalizminin,  şərəfsizliyinin sübutu olaraq 04.07.2017-ci il tarixində 2 yaşlı körpə Zəhranın erməni terroruna məruz qalmasıdır.Azərbaycan torpaqlarında xalqına qarşı törədilmiş bu tükürpədici hadisə,  şübhəsiz ki, bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Hec bir hüquqi və humanitar normalara sığmayan bu qeyri-insani davranışın qanun və insan haqları qarşısında mütləq cəzası verilməlidir. 25 ildən artıqdır ki, Qarabağ müharibəsini sülh yolu ilə həll etməyə çalışan Azərbaycan müxtəlif zaman ərzində dəfələrlə erməni separatçılarının beynəlxalq hüquq normalarına zidd olan və insan ölümü ilə nəticələnən əməlləri ilə qarşı-qarşıya qalırlar. Dünyanı bu ədalətsizliyə qarşı susmamağa çağırırıq!

Sədr: Növrəstə Yusifova

102 dəfə oxunub
Filed in: Siyasət

Comments are closed.