3:40 pm - Tuesday January 23, 2018

“Qarabağ” məğlub oldu

Ötən gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə “Ayntraxt”a 0:2 hesabı ilə uduzan “Qarabağ”ın məğlubiyyətsizlik seriyası qırılıb.

Məlumata görə, Ağdam təmsilçisi yeddi oyunun ardından avrokuboklarda məğlubiyyət acısı yaşadı.

Qarabağ FKSonuncu dəfə 2011/12 mövsümündə Belçikada rəqibinə 1:4 hesabı ilə uduzan Qurban Qurbanovun komandası o zamandan bəri məğlubiyyətin nə olduğunu bilmirdi. 2012/13 mövsümündə avrokuboklara vəsiqə əldə edə bilməyən “Qarabağ” bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkirdi. İlkin təsnifat mərhələsində Makedoniya “Metallurq”una hər iki oyunda eyni hesabla (1:0) qalib gələn “Qarabağ” ikinci mərhələdə Polşanın “Piast” klubunu da (2:1, 2:2) məğlubiyyətsiz keçib. Son olaraq üçüncü təsnifat mərhələsində İsveçin “Gefle” klubuna hər iki oyunda (1:0, 2:0) qalib gələn komandamız UEFA turnirlərində məğlubiyyətsiz oyunların sayını 7-ə çatdırmışdı. Ancaq Almaniya təmsilçisi bu seriyaya son qoydu.

Tarixi ərzində üçüncü dəfə pley-off mərhələsinə yüksələn Qurban Qurbanovun komandası qrupa düşmək üçün yaxşı şans əldə etmişdi. Lakin Bakıda keçirilən ilk oyunda rəqibinə məğlub olan “Qarabağ” işini çətinə salıb. Ağdam klubu qrup mərhələsinə yüksəlmək üçün səfərdə rəqibini iki cavabsız qolla məğlub etməlidir. Bu hər nə qədər çətin görünsə də, mümkünsüz də deyil.

Qeyd edək ki, “Ayntraxt” – “Qarabağ” oyunu avqustun 29-da, Frankfurt şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

126 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply