3:38 pm - Tuesday January 23, 2018

“Qarabağ” “Metallurq”a qalib gəldi

Qarabağ FKBu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına start verilib. Caspinews.com-un məlumatına görə, Avroliqadakı təmsilçilərimizdən “Qarabağ” klubu turnirdə ilk oyununa çıxıb.

Ağdam təmsilçisi Makedoniyada “Metallurq”un qonağı olub. Üç il öncə rəqibini ümumi nəticədə 5:2 hesabı ilə keçən Qurban Qurbanovun komandası bu cütün əsas favoriti hesab olunurdu. Bakı vaxtı ilə saat 20:45-də başlayan oyun “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Reynaldonun matçın 64-cü dəqiqəsində vurduğu qol yeganə olub – 1:0. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də, Bakıda keçiriləcək.

115 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply