5:26 pm - Monday December 11, 2017

“Qarabağ” “Xəzər Lənkaran”a yenildi

QarabağBu gün Topaz Premyer Liqasında 19-cu tura start verilib. Bir aydan artıq davam edən fasilədən sonra baş tutacaq 3-cü dövrənin ilk turunun açılış günündə bir görüş keçirilib.
Günün yeganə oyunu mərkəzi arenada baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Xəzər Lənkəran”ı sınağa çəkib. Qurban Qurbanovun komandası liderliyini qorumaq üçün 3 xal qazanmalıydı. Amma bu görüşdə cənub klubu qələbəyə sevinən tərəf olub: Qarabağ – Xəzər Lənkəran – 0:1
Turun digər oyunları sabah baş tutacaq: İnter – AZAL, Neftçi – Simurq, Sumqayıt – Qəbələ, Bakı – Rəvan.

 

275 dəfə oxunub
Filed in: İdman, Xəbərlər

No comments yet.

Leave a Reply