3:46 pm - Tuesday January 23, 2018

Qeyri-hökumət təşkilatları S.Sarkisyanı Beynəlxalq Haaqa Məhkəməsinə verir

zehraAzərbaycan qeyri-hökumət təşkilatları humanizmin və beynəlxalq hüququn prinsiplərinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı ərazilərə iriçaplı silahlardan atəş açması və mülki əhalinin

– Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Elnur qızı Quliyeva və onun nənəsi 50 yaşlı Sahibə İdris qızı Quliyevanın şəhid olması ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir:
“XX əsrin ən dəhşətli soyqrımlarından birini – Xocalı qətliamını törədən hazırkı Ermənstan rəhbərliyi 1994-cü ilin may ayının 12 –də imzalanan atəşkəs rejimindən bu günə qədər davamlı olaraq Azərbaycan Respublikasının cəbhəyanı bölgələrində yaşayan mülki əhaliyə qarşı aktiv müharibə zamanı tətbiq edilən iriçaplı silahlardan istifadə etməklə daha çox uşaqların, yaşlıların və qadınların ölümlərinə səbəb olurlar. Sonuncü belə qətliam hadisəsi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. İriçaplı silahlardan açılan atəş nəticədə bir ailədən biri uşaq – 2 yaşlı Zəhra Elnur qızı Quliyeva, digəri isə yaşlı qadın – 50 yaşlı Sahibə İdris qızı Quliyeva olmaqla, iki nəfər qətlə yetirildi.
Təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən indiyə qədər insanlıq əlehinə törədilən bu cinayyət hadisələrinə beynəlxalq təşkilatlar və xüsusilədə ATƏT-in Minsk Qrupu həmsədrləri adekvat münasibət bildirməyiblər.
20 ildən artıqdır davam edən atəşkəs rejiminin nəticəsiz qalmasının bir səbəbi də Ermənistan hakimiyyətində müharbə tərəfdarlarının, başqa sözlə desək Qarabağ müharbəsi nəticəsində Ermənstanda hakimiyyəti zəbt etmiş qüvvələrin olmasıdır. Törətdiyi cinayətlərə görə layiq olduqları cəzanı almayan Ermənistan hakimiyyətinin bundan sonra da mülki əhaliyə qarşı humanizmin və beynəlxalq hüququn prinsiplərinə zidd olaraq davranmayacaqlarına heç bir zəmanət yoxdur. Beynəlxalq birliyin sülh çağrışlarını zaman-zaman törətdikləri insanlıq əleyhinə cinayətləri ilə heçə endirən bu mənfur hakimiyyətə qarşı hamılıqla dur deməyin vaxtıdır!
Biz, bu bəyanata imza atan Azərbaycan qeyri-hökumət təşkilatları olaraq Ermənstan hakimiyyətini 1994-cü ilin may ayının 12 –dən bu günə qədər cəbhəyanı bölgələrində yaşayan mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə Beynəlxalq Haaqa Məhkəməsinə verilməsi üçün ölkəmizdə və xaricdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti insitutları bir araya gələrək İctimai Təhqiqat və Monitorinq Komissiyası yaratmağa çağırırıq.
İnanırıq ki, belə bir komissiyanın yaranması ATƏT-in Minsk Qrupu həmsədrlərinin də fəaliyyətinə operativlik və ədalətlilik gətirəcək.

İmza:
1. Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi sədr Taleh Əliyev
2. Azad Müəllimlər İctimai Birliyi sədr Məlahət Mürşüdlü
3. Doğma Yurda Qaydış İctimai Birliyi sədr Səməd Hətəmov
4. Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi sədr Qasım Həsənov
5. Mədəniyyətlərin İnteqrasiya Mərkəzi İctimai Birliyi sədr Rəfail Tağızadə
6. Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi sədr Səidə Bahadırqızı
7. Mina Qurbanlarının Sosial İqtisadi problemlərinin həllinə kömək İctimai Birliyi sədr Məmmədhəsən Həsənov
8. “Məşəl” Əlil və Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sədr Alman Abbasov
9. EKO ALƏM” İctimai Birliyi sədr Sevil Yüzbaşova
10. Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi sədr Radə Rizazadə
11. Regonların Sosial İqtisadi Maarifləndirilməsi İctimai Birliyi sədr Elnarə Məhərrəmova
12. Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi sədr Gündüz Qasımov
13. Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi sədr Elşən Nağıyev
14. “Dəyər” İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyi sədr Nurlan Quliyev
15. Müasir Azərbaycan Qadını İctimai Birliyi sədr Kəmalə Muradlı
16.Qarabağ Əilləri və Vetranları İctimai Birliyi sədr Növrəstə Yusifova”

17.“ULDUZ” İnformasiya – Komunikasiya Texnalogiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi sədr Samir Həsənov

79 dəfə oxunub
Filed in: Xəbərlər

Comments are closed.