5:25 pm - Monday December 11, 2017

QHT iyul ayında doğum günləri olan ahılları bir araya yığdı

ahillarİyulun 29-da “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin təşəbbüsü,  “Lukoil” mühərrik yaglarının rəsmi dileri Bəxtiyar Abdullayevin dəstəyi ilə ahıllar üçün doğum günü ilə bağlı musiqili və əyləncəli  tədbir təşkil edilib.
QHT.az xəbər verir ki, tədbirdə iyul ayında ad günü olan 30-dan çox yaşlı insan iştirak edib. Tədbiri giriş  sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, rəhbərlik etdiyi təşkilat  ahıllar ilə müxtəlif istiqamətdə işləyir. Beləki,  onların istirahətinin təşkili, müxtəlif sosial problemlərinin həlli bu sahədə problemlərin araşdırılması və s. Təşkilat rəhbəri əlavə edib ki, bu gün ki, tədbir də bu qəbildən olan fəaliyyətlərdən biridir. Ruhiyyə Məmmədova  bu layihəyə dəstək verdiyi üçün   “Lukoil” mühərrik yaglarının rəsmi dileri Bəxtiyar Abdullayeva öz təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən ahıllardan bəzilər çıxış edərək tədbirin təşkilatçıları və dəstəkçilərinə minnətdarlığın bildiriblər.
“ “Lukoil” mühərrik yaglarının rəsmi dileri Bəxtiyar Abdullayev də öz növbəsində doğum günü olan şəxsləri təbrik edərək, bu kimi layihələrə dəstək olmağın vacibliyini bildirib.
Tədbir tanınmış müğənni Vüsal Əliyevin ifası ilə davam edib.


Ahıllara və Tənhalara Dəstək ictimai birliyi

61 dəfə oxunub
Filed in: Cəmiyyət

Comments are closed.