5:24 pm - Monday December 11, 2017

Rəmzi Balayev: Dövlət büdcəsindən yararlanan hər hansı təşkilatın ictimai maraqları müdafiə edəcəyi şübhə doğurur

 remzi-shekilMühacirətdə olan siyasi-ictimai fəal Rəmzi Balayev ölkədəki siyasi-ictimai təşkilatların durumuyla bağlı söhbət apardıq.

Rəmzi bəy, Azərbaycanda sosial-ictimai təşkilatların durumunu necə analiz edirsiniz?

– Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkədə vətəndaş cəmiyyətinin durumu olduqca ağırdır. Yəni, faktiki olaraq hökumət vətəndaş cəmiyyətinə, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına siyasi rəqib kimi baxır. Həm yerli, həm də beynəlxalq ictimaiyyətə məlumdur ki, Azərbaycanda siyasi müxalifət sıradan çıxarılmış vəziyyətdədir. Buna görə də hökumət Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsindən qorxaraq onları zəiflətmək üçün öz rıçaqlarından istifadə etməyə qərar vermişdir. Buna görə də 2014-cü ildən başlayan vergi yoxlamaları, açılan cinayət işləri, həbslər və s. təşkilatları bir anda qeyri-müəyyən vəziyyətə saldı. Bundan sonar artıq QHT-lər sözün əsl mənasında müstəqil fəaliyyət göstərməkdə çətinlik çəkməyə başladılar. Bir qrup QHT-lər isə öz fəaliyyətlərini dövlətin dəstəklədiyi layihələri çərçivəsində reallaşdırmağa çalışırlar. Bu isə birmənalı qəbul edilmir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlə fəaliyyət göstərən hər hansı təşkilatın ictimai maraqları müdafiə edəcəyi şübhə doğurur.

Zəhmət olmasa deyin görək əsas çətinliyi nədə görürsünüz, çünki, hökumət tərəfi də iddia edir ki, QHT-lərin bir çoxu vergidən yayınırdı, siyasi dəstək alırdı və s.?

Əslində bu iddialar atılan addımlara haqq qazandıran bəhanələrdir. Çünki, QHT-lər faktiki olaraq öz fəaliyyətləri barəsində vergi, maliyyə, statistika hesabatları verirlər. Digər tərəfdən də, əgər siyasi fəalyyətlə məşğul olan QHT varsa, o təşkilata görə digərlərini sıradan çıxarmaq nəyə lazımdır? Belə ki, sıxışdırma ayrı-ayrı şəxslərlə yekunlaşmamış, bütövlkdə QHT-lərin fəaliyyəti haqqında qanunvericilik dəyişdirilmişdir. Yəni hökumət öz iddiasında əslində özünü gücsüz göstərir. Hansısa “siyasi fəaliyyətin” qarşısını alaq məqsədilə  dövlət lazımi şəxsləri cəzalandırmaq əvəzinə bütün vətəndaş cəmiyyətini sıradan çıxarır. Qanunların bu fomada olması QHT-lərin fəaliyyətini əslində tam məhdudlaşdırmış edir.

Elamin Kazımov

354 dəfə oxunub
Filed in: Müsahibə, Siyasət

No comments yet.

Leave a Reply