3:46 pm - Tuesday January 23, 2018

“Regional Sosial-iqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən BƏYANATI

4 iyul 2017-ci il tarixində erməni silahlı qüvvələrinin vəhşiliyi nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisinin yaşadığı ərazisi artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulmuş və nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb. Eyni zamanda mülki şəxslərin evləri və digər obyektlərə ciddi zərər dəymişdir.

“Regional Sosial-iqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi olaraq bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törədiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır və bu hüquq normalarına ziddir. 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın aşkar və heç bir insanlığa sığmayaraq vəhşi şəkildə pozulması deməkdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin, qadınların və uşaqların qəsdən öldürülməsinə yönəlmiş hücumların edilməsi sistemli şəkildə həyata keçirir.

“Regional Sosial-iqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyərək öz bəyanatında bildirir ki, “Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və sülh missiyası daşıyan ATƏT-in Minsk Qrupu Ermənistanın işğal faktına son qoyması üçün təzyiqlər etməlidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir. Münaqişənin həllində irəliləyiş nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

 

 

“Regional Sosial-iqtisadi İnkişaf üzrə

Maarifləndirmə” İctimai Birliyinin sədri: Məhərrəmova Elnarə Aşir qızı

68 dəfə oxunub
Filed in: Xəbərlər

Comments are closed.