5:24 pm - Monday December 11, 2017

Rus gəmiləri Bosfor boğazından keçmək üçün 14 saat gözləyiblər

????????????????????? Türkiyə Rusiyaya qarşı təzyiq imkanlarından istifadə etməyə başladı. Belə ki, Türkiyə Rusiya gəmilərinin Bosfor boğazından keçidinə məhdudiyyət yaradıb. Gəmilər boğaza daxil olmaq üçün 14 saat gözləməli olublar. Həmin saatlarda digər ölkələrin gəmilərinin heç bir problem yaşamaması onu göstərir ki, Türkiyənin məlum addımı məqsədli olub.

Göründüyü kimi, rəsmi Ankara Türkiyəyə tətbiq olunan iqtisadi sanksiyalara görə Rusiyanı cəzalandırmağa başlayıb. Bununla yanaşı, Türkiyə məxsus TIR-ların Ukrayna-Rusiya sərhədində səbəbsiz yerə gözlədilməsi də rəsmi Ankaranın ciddi narazılığına səbəb olub.

Hazırda Türkiyənin onlarla TIR-ı Çerniqovsk və Sumsk vilayətlərində səbəbsiz yerə gözlədilir. Rusiya onları öz ərazisinə buraxmır.

Türkiyənin Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yaratması rusların Suriyadakı Hmeymim aviabazasını işini çətinə salacaq.

301 dəfə oxunub
Filed in: Dünya, Xəbərlər

No comments yet.

Leave a Reply