3:30 pm - Tuesday January 23, 2018

Sədərək Gömrük İdarəsinin rəisi Türkiyədə həbs edildi

Sədərək Gömrük İdarəsiSədərək Gömrük İdarəsi rəisinin Türkiyədə saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib:

“2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars hava limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır vilayət prokurorluğuna dəvət edilib”.

Məlumatda qeyd olunur ki, Azərbaycan Türkiyədəkı səfirliyi və Qarsdakı Baş konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında da analoji məlumat dərc olunub.

Ürfan Kərimli

137 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply