3:28 pm - Tuesday January 23, 2018

Sumqayıtda silahlı qarşıdurma: yaralılar var

Silahlı qarşıdurmaPolis ərazini mühasirəyə alıb. Caspinews agentliyinə daxil olan məlumata əsasən, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdiriliblər. Sumqayıt şəhərində, 10-cu mikrorayonda atışma olub. Məlumatda qeyd edilir ki, hadisə şahidləri qeyd olunan ərazidə yerləşən Soltan marketin yaxınlığında vəhhabi təriqətindən olanlarla polis əməkdaşları arasında atışma baş verdiyini söyləyib. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralananlar var.

Hazırda polis ərazini mühasirəyə alıb. Son məlumata görə, hadisə nəticəsində ərazidə yaşayanlara da zərər dəyib. Belə ki, atışma nəticəsində bir neçə maşına ciddi xəsarət dəyib. Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmır.

Ürfan Kərimli

130 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply