3:32 pm - Tuesday January 23, 2018

Sumqayıtda kütləvi dava olub

KriminalSumqayıtda kütləvi dava baş verib. Təqribən 20 nəfər arasında baş vermiş davada iki şəxs ağır xəsarət alıb.

Sumqayıt Şəhər Polis İdarəsindən bildiriblər ki, gecə saatlarında baş vermiş hadisə ilə bağlı həbs edilənlər var.

Bildirilir ki, Bakı-Quba avtomagistralının Sumqayıtdan keçən hissəsində yol kənarında “Kral” adı altında fəaliyyət göstərən kafedə mübahisə olub. Dava kafe sahibləri ilə müştərilər arasında olub. Hadisəyə əsas səbəb müştərilərin xeyli vaxt kafedə oturmaları və digər qonaqlara yer vərməmələri göstərilir. Mübahisə iki qrup arasında əlbəyaxa davaya çevrilib. Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Yaralılar Astara rayon sakinləri 24 yaşlı Tural Bayramov və 27 yaşlı İlkin Quliyevdir. Onlar dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar.
Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, İlkin Quliyevin vəziyyəti ağır olduğundan o, dərhal Bakı şəhərinə göndərilmişdir. Qolu və ayağı sınan, bir neçə bıçaq xəsarətləri yetirilən Tural Bayramovun sözlərinə görə, kafe sahibləri onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava salıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır.

 

110 dəfə oxunub
Filed in: Kriminal, Xəbərlər

No comments yet.

Leave a Reply