3:36 pm - Tuesday January 23, 2018

Tarif Şurasından benzin açıqlaması

yanacaqAzərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir. “Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti artımı gözlənilmir”, – deyə Tarif Şurasından bildirilib. Caspinews “musavat.com” saytına istinadən xəbər verir ki, Azərbaycanın cənub bölgəsində yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilmir. Məlumatda bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.

Ürfan Kərimli

130 dəfə oxunub
Filed in: İqtisadiyyat, Xəbərlər

No comments yet.

Leave a Reply