5:26 pm - Monday December 11, 2017

Uşaq Hüquqlarının Müdafiə Liqası “Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar haqqında məlumat bazasının yaradılması” layihəsinin icrasına başlamışdır

Uşaq Hüquqlarının Müdafiə Liqası Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar haqqında məlumat bazasının yaradılması” layihəsinin icrasına başlamışdır.

Layihə çərçivəsində Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar haqqında informativ veb sayt yaradılacaqdır. Veb sayt Azərbaycan və İngilis dillərində fəaliyyət göstərəcəkdir. Bununla Erməni tərəfinin qəddarlığı və beynəlxalq konvenisyaların pozulması barədə dünya ictimaiyyətinə məlumat çatdırılacaqdır.

Layihənin çərçivəsində girov uşaqlar haqqında çəkilmiş “Ağır yaddaş” filminin İngilis dilinə tərcüməsi və bu dildə yazıların yazılması, itkin və girov uşaqların ailələrindən, həm də, əsirlikdən azad olan şəxslərdən mühasibələrin alınması və bunların portalda yerləşdirilməsi planlaşdırılmışdır.

Veb sayt həm kompüter, həm də mobil internet istifadəçiləri üçün asan istifadə oluna biləcək tərzdə, axtarış funksiyasına malik olan məlumat bazası ilə reallaşacaqdır.

 

Bakı şəhəri                                                                                    01.09.2017

 

 

16 dəfə oxunub
Filed in: QHT

Comments are closed.