3:48 pm - Tuesday January 23, 2018

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin BƏYANATI

logo-vtim4 iyul 2017 ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfində Fizuli rayon, Alxanlı kəndinin atəşə tutulması nəticəsində dinc sakinlər 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Elnur qızı Quliyeva həlak olmuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz xəsarəti almışdır. Eyni zamanda kənddə bir çox yaşayış evləri ciddi ziyan dəymişdir.

XX əsrin əvvəlindən başlayaraq erməni cəlladlarının xalqımıza qarşı irəli sürdüyü ərazi iddiaları və soyqırım siyasəti artıq bir əsirdir ki davam edir. 1918 ci Mart qırğınları, Bakı, Şamaxı, Quba, Lənkəran, Səlyan, Göycə, Zəngəzur, Dərələyəz və yaxın tariximizdə həyata keçirilən Xocalı soyqırımı və 20 faiz torpaqlarımızın işğal edilməsi buna əyani sübutdur. Son olaraq 2 yaşlı Zəhranın ölümü, ermənilərin hələ də, öz çirkin niyyətlərindən əl çəkmədiyini və dinc əhaliyə  qarşı cinayətlərinin davam etdirməkdə olduğunu göstərir. Erməni vəhşiliyi nəticəsində həyata yenicə qədəm qoymuş Zəhranın ölümü bizi dərindən sarsıtmışdır.

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi olaraq bəyan edirik ki, Ermənistan Respublikası və onun rəhbərliyinin törədiyi bu cinayətlər beynəlxalq hüquq normalarına ziddir və bu cinayətlərə görə tam məsuliyyət daşıyırlar. 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın aşkar və heç bir insanlığa sığmayaraq vəhşi şəkildə pozulması deməkdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin, qadınların və uşaqların qəsdən öldürülməsinə yönəlmiş hücumlarını davam etdirirlər.

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyərək öz bəyanatında bildirir ki, “Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və sülh missiyası daşıyan ATƏT-in Minsk Qrupu Ermənistanın işğal faktına son qoyması üçün təzyiqlər etməlidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir. Münaqişənin həllində irəliləyiş nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

06.07.2017                                                                                       Bakı şəhəri

Vətəndaş Təşəbbüsləri və

İctimai Maarifləndirmə

İctimai Birliyinin sədri Elşən Nağıyev

64 dəfə oxunub
Filed in: Xəbərlər

Comments are closed.