5:27 pm - Monday December 11, 2017

Yeni Təhsil naziri yeni təklif verdi

Mikayıl CabbarovNazir bütün məktəb məzunlarına attestat verilməsinə tərəfdar olduğunu deyib, Turan agentliyi yazır. “Biz tərəfdarıyıq ki, hər bir şagird öz biliyinə uyğun qiymət alsın, qiyməti qeyri-kafidirsə 2 alsın. Sadəcə olaraq bu attestatda qeyd olunmalıdır. Təbii olaraq, biz bu təklifi irəli sürürük, qərar müvafiq qaydada veriləcək.”

Cari qaydalara əsasən, 11-ci sinfi “2” ilə bitirənlər buraxılış imtahanlarına buraxılmır və onlar attestat ala bilmir. Bu sənədin yoxluğu onlara ali məktəblərə sənəd verməyə də imkan vermir. Təhsil naziri vəzifəsinə ötən ay təyin olunan cənab Cabbarovun sözlərinə görə, yeni təkliflər məktəblərdə korrupsiyanın qarşısını ala bilər. Onun sözlərinə görə, indiki qayda “Təhsil haqqında” qanunda yoxdur.

“…attestat verilməsi məsələsi qiymətlərin nəticələrindən asılı deyil”, nazir deyib. Məlumata görə, ötən il məzunların 10.5, 2010/2011-ci tədris ilində 24, daha öncəki il isə məzunların 22 faizi attestat ala bilməyib. Mikayıl Cabbarov çıxışında həm də bildirib ki, müəllimlərin hüquqlarının qorunmasına “xüsusi diqqət yetiriləcək”. “Onlara hörmətli yanaşma təmin ediləcək. Müəllimlərin maddi təminatı, iş şəraitləri diqqət mərkəzində saxlanacaq. Bizim vəzifəmiz müəllim peşəsinin əvvəlki nüfuzunu bərpa etməkdir”. O deyib ki, məktəb uşaqların mənəviyyatını formalaşdıran məkan olduğundan məktəblərdə baş verən “mənfi” hallara qarşı Təhsil Nazirliyi “barışmaz olacaq”. Cənab Cabbarov nazir vəzifəsinə aprelin 19-da təyin olunub. Bundan əvvəl o, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi idi. Bu, onun nazir olduqdan bəri ilk ictimai çıxışı olub.

252 dəfə oxunub
Filed in: Elm, Xəbərlər

No comments yet.

Leave a Reply