5:25 pm - Monday December 11, 2017

“Yer kürəsinə həyat Marsdan gəlib”

Mars planetiAlimlər Yer kürəsinə həyatın Marsdan gəlməsilə bağlı nəzəriyyəni yenidən müzakirə etməyə başlayıblar. Uzun illərdi müzakirə olunan Yer planetinə həyatın Marsdan gəlməsini müdafiə edən nəzəriyyəni yenidən gündəmə gətiriblər. 

ABŞ-ın Westheimer Elm və Texnologiya İnstitutunun professoru Steven Benner həyat toxumlarının Marsdakı vulkanik partlayışlardan və ya bu planetdən gələn meteoritlər vasitəsilə Yerə gəldiyi ideyasını irəli sürüb.

Benner molibden adı verilən elementin oksitlənmiş mineral halında Yerə gəlib çatdığını və orqanik molekullardan ilk canlıların yaranmasına səbəb olduğunu düşünür.

Benner bildirir ki, molibden sanlıların yaranmasını təmin edəcək yüksək səviyyədə oksitləşmişdi. Molibdenin bu halı, Yer kürəsinin ilk dövrlərində ola bilməzdi. Çünki 3 milyard il əvvəl Yerin atmosferində çox az oksigen olub. Marsda isə oksigen var idi.

Amerikalı alim molibdenin, həyatın Yer kürəsində başlamadığını, Marsdan gəldiyinə önəmli bir dəlil olduğunu müdafiə edir.

Bütün canlılar orqanik maddədən əmələ gəlir, ancaq sadəcə enerjiyə sahib olmaları, orqanik molekulların həyat ortaya qoyacağı anlamına gəlmir. Əksinə əgər orqanik molekulları öz halına buraxsanız daha çox zirft və ya asphalt kimi bir şeyə çevirildiyini bildirir. 

Alimin bildiridiyinə görə məlum elementlərin, orqanik molekulların ziftə çevrilmə prosesini dəyişdirə bildiyini, xüsusilə bor və molibdeni təşkil edən edən mineralların həyatın başlamasında böyük rol oynamışdır.

Əvvəllər tədqiqat zamanı Mars meteoritlərində bor tapıldığına diqqət çəkən Benner, hazırda Marsda molibdenin varlığının dəqiqləşdiyini bildirir.

Benner Dünyanın ilk zamanlarında tamamilə su ilə örtülü olmasının həyatın yaranmasına əngəl yaratmış ola biləcəyini bildirir.

Suyun bor sıxlığınn yetərli miqdarda olmasını əngəl yarada biləcəyini, RNA-nın da çözülməsinə səbəb olduğunu düşünür.

İtaliyanın Florensiya şəhərində keçirilən elmi konfransdakı çıxışında Benner söyləmişdir ki, Marsda daha az su olub. Ona görə də həyat burada yarandı və oradanda meteoritlər vasitəsilə Yer kürəsinə gəldi. “Əgər Marsdakı atalarımız olmasaydı, bu gün söyləyəcək heç bir hekayəmiz olmazdı”

Elşən Nağıyev

268 dəfə oxunub
Filed in: Elm, Xəbərlər

No comments yet.

Leave a Reply